Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1441/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin nümayəndəsi X23, X5 oğlunun iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin inzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinİn inzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti Bakı şəhər İdarəsinin (bundan sonra "İnzibati orqan adlandırılacaqdır) rəis müvani X28 tərəfindən "xxxx" MMC-nin X3 (bundan sonra "Şikayə edən" adlandırılacaqdır), "X1, X13, X10, X14 xx.xx.2025-ci il tarixindən, X18, X19 xx.xx.2025-ci il tarixindən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetiriməsinə cəlb edilməsini güman edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair 3000 (üç min) manat məbləğində cərimə edilməsi haqqında MN seriyalı, ******* nömrəli qərar (bundan sonra "Qərar" adlandırılacaqdır) qəbul etmişdir. Qeyd edilməlidir ki, İnzibati orqanın məsləhətçisi əmək müfəttişi X25 "xxxx" MMC tərəfindən "X1, X13, X10, X14 xx.xx.2025-ci il tarixindən, X18, X19 xx.xx.2025-ci il tarixindən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirlməsinə cəlb edilməsini" etimal edərək, lakin kifayət qədər əsaslar olmadan 26 sentyabr 2025-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək iş materiallarını baxılması üçün Sabuncu rayon Məhkəməsinə göndərilmişdir. Yəni, eyni əsasla və eyni hall üzrə həm vəzifəli şəxs olaraq "xxxx" MMC-nin X6 barəsində protokol tərtib edilərək qərar qəbul edilmiş, həm də hüquqi şəxs "İ-MEX MMC barəsində protokol tərtib edilmişdir. Düşünürəm ki, təqsirləndirilən şəxsin həm vəzifəli şəxs olaraq, həm də hüquqi şəxsin təmsilçisi olaraq eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati xəta törətməsi halında hər iki şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ədalətsiz inzibati-hüquqi tədbir kimi qiymətləndirilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə görə "Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. "xxxx" MMC-nin X6 "xxxx" MMC-nin carı fəaliyyətinə görə məsul şəxs kimi "xxxx" MMC barəsində tətbiq edilən cəriməyə görə bilavasitə məsuliyyət daşıyan şəxsdir və "xxxx" MMC barəsində cərimə tətbiq edilməsi X37 barəsində cərimənin tətbiq edilməsi deməkdir. X37 barəsində eyni hal üzrə yenidən cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinin pozulmaqla "bir inzibati xətaya görə......... iki dəfə inzibati məsuliyyətə cəlb olunma" kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, qəbul edilən Qərar qüvvədə olan Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən, prosedur qaydalara əməl edilmədiyindən və ümumiyyətlə inzibati xəta hadisəsi olmadığından Şikayət edən haqqında qəbul edilən həmin qərar ləğv edilməli və X37 barəsində başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, İnzibati orqan tərtib etdiyi protokolu əsaslandırmağa çalışarkən qeyd edir ki, "bu fakt Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatları ilə təsdiq edilir, lakin İnzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş hansı məlumatlar əsasında sözügedən şəxslərin işlərin icrasına cəlb edilməsi qənaətinə gəldiyini qeyd etmir. Çox güman ki, İnzibati orqan "xxxx" MMC tərəfindən bu şəxslərə Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş aldığı icazələr əsasında bu şəxslərin "xxxx" MMC tərəfindən əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin icrasına cəlb edilməni etimal edərək sözügedən Qərarı qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, Qarabağ və Şərqi Zəngəzur rayonlarında fəaliyyət göstərən X12 və Şərqi Zəngəzur rayonlarına giriş icazələrinin əldə edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur üzrə müvafiq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına müraciət edir, həmin işçilərin əmək müqavilələrinə xitam verildikdə isə, sözügedən icazələrin ləğvi ilə bağlı həmin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına məlumat göndərir. Yəni, Qarabağ və Şərqi Zəngəzur rayonlarında fəaliyyət göstərən heç bir Şirkət şəxsən yaradılmış portala daxil olub işçilərinə icazələr ala və ya icazələri ləğv edə bilmir. Portalda icazələrin alınması və icazələrin ləğv edilməsi səlahiyətləri yalnız müvafiq rayon üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına məxsusdur. Qeyd edilməlidir ki, Məhkəmə bildirişi "xxxx" MMC-nə daxil olduqdan sonra tərəfimizdən araşdırma aparılmış və məlum olmuşdur ki, X21, X13, X10 və X7 əmək müqavilələrinə 16 yanvar 2025-ci il tarixdə öz xahişləri ilə xitam verilmiş və icazələrinin ləğvi ilə bağlı 16 yanvar 2025-ci il tarixdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşına müraciət edilmişdir. X18 və X8 əmək müqavilələrinə isə, 27 yanvar 2025-ci il tarixindən öz xahişləri ilə xitam verilmişdir və icazələrinin ləğvi ilə bağlı 27 yanvar 2025-ci il tarixdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşına müraciət edilmişdir. Müraciətlər email (qoşma kimi əlavə edilir) vasitəsi göndərilmişdir. İcazələrin verilməsi və ya icazələrin ləğv edilməsi ilə bağlı müraciət edildikdən sonra müraciət edən Şirkətlərə hər hansı bir işçiyə icazənin verilməsi və ya icazəsinin ləğv edilməsi haqqında məlumatı verilmir. Şirkətlərin əməkdaşlarının portala daxil olmaq hüququ olmadığından və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən bu haqda hər hansı məlumat təqdim edilmədiyindən hansı işçilərin icazələrinin portalda qüvvədə olması və hansı işçilələrin icazələrinin ləğv olunması barədə məlumatın əldə edilməsi mümkün deyildir. Hesab edirik ki, ümumiyyətlə "xxxx" MMC-nin işçisinin Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş üçün icazəsinin mövcüd olması həmin şəxsin işlərin icrasına cəlb edilməsi anlamına gəlmir. Bütün yuxarıda qeyd olunanlardan görünür ki, sözügedən 6 işçi ilə bağlanılan əmək müqavilələrinə xitam verilmiş, əmək müqavilələrinə xitam verilmiş işçilərin Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazələrinin ləğv edilməsi ilə bağlı Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşına müraciət edilmiş, lakin sonuncu tərəfdən bu işçilərin icazələri ləğv edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin əməkdaşları isə sistemə daxil olduqda və əmək müqavilələri xitam edilmiş işçilərin giriş icazələrini aşkar etdikdə həmin işçilərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirlməsinə cəlb edilməsi qənaətinə gəlmişlər. Yuxarıda qeyd etdiyim kimi, İnzibati orqanın məsləhətçisi əmək müfəttişi X25 "xxxx" MMC tərəfindən "X1, X13, X10, X14 xx.xx.2025-ci il tarixindən, X18, X19 xx.xx.2025-ci il tarixindən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirlməsinə cəlb edilməsini güman edərək 26 sentyabr 2025-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək iş materiallarını baxılması üçün Sabuncu rayon Məhkəməsinə göndərilmişdir. Sabuncu Rayon Məhkəməsində 3(008)-887/2025 N2-li inzibati xətalar haqqında iş üzrə araşdırmalar aparılmışdır. Məhkəmə iclasına X18 şahid qismində dəvət edilmiş, X19, X13, X14 ilə isə telefon əlaqəsi qurulmuş və ifadələri alınmış. Bu şəxslər öz ifadələrində qeyd etmişlər ki, öz xahişləri ilə işdən azad edilmişlər və işdən azad edildikləri tarixlərdən sonra "xxxx" MMC-də hər hansı işlərin yerinə yetirlməsinə cəlb edilməmişdirlər. Yuxarıda göstərilən şahid ifadələrinə və məhkəməyə təqdim edilən digər sübutlar əsasında Sabuncu Rayon Məhkəməsi "xxxx" MMC barəsində 26 sentyabr 2025-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə eyni xəta tərkibi üzrə hüquqi şəxs "xxxx" MMC barəsində iş üzrə xitam verilməsini, həmin qərarın Bakı Apelyasiya Məhkəməsində dəyişdirilmədən saxlanılmasını qeyd etməklə şikayətin təmin edilməsini, xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin nümayəndəsi X38 izahatında göstərdi ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X26 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qanunidir, qərarda adı qeyd edilən işçilərin işə cəlb edilməsini portal üzərindən əldə edildiyini bildirərək, qərarda adları yazılmış işçilərin Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏƏSMN yanında X26 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X21, X13, X10, X14 xx.xx.2025-ci il tarixindən, X18, X19 xx.xx.2025-ci il tarixindən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetiriməsinə cəlb edilməsini güman edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin və ərizələrin surətindən görünür ki, X18 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən, X10 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən, X19 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən, X15 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən, X21 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən, X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-029 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Usta” vəzifəsində işləyən X16 ilə bağlanılmış 184H4QN000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 1 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-036 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Qeydiyyatçı” vəzifəsində işləyən X20 ilə bağlanmış 7HKQ5CL000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 1.21 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibə həvalə edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-028 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Usta” vəzifəsində işləyən X22 ilə bağlanılmış 1QF5RTW000500 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 1.15 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 6CRYYLZ0003X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-030 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X7 əmək müqaviləsinə 16 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 16 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 6M5FZW60004X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-038 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X9 əmək müqaviləsinə 27 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 27 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 6ENP50N0004X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-031 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X4 əmək müqaviləsinə 16 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 16 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Email yazışmalarından görünür ki, X47 edilməsi cədvəli əlavə edilməklə müvafiq işçilərin portal üzrə icazələrinin ləğv edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-887/2025 saylı qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXMnin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-758/2025 saylı qərarı ilə ƏƏSMN yanında X26 Xidmətinin apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-887/2025 saylı qərarı ilə eyni hüquq pozuntusu ilə bağlı hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxılmış, 28 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə X21, X17, X10, X14 xx.xx.2025-ci il tarixdən, X18, X19 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-887/2025 saylı qərarı ilə protokola baxılarkən: -məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında bildirmişdir ki, Qarabağ ərazisində "xxxx" MMC-də əmək müqaviləsinə əsasən yanvarın 27-dək işləmişdir. Xəstəliyi ilə əlaqədar orada işləməyə davam edə bilməmişdir. O tarixdən sonra ümumiyyətlə Qarabağ ərazisinə getməmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən başqa yəni, əmək müqaviləsi olmadan "xxxx" MMC-də işlərə cəlb edilməmişdir. Hazırda əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ustalıq fəaliyyəti ilə məşğul olur. "xxxx" MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. -Məhkəmə iclasına şahid qismində dindirilmiş X19 izahatında bildirmişdir ki, 06 yanvar 2025ci il tarixdən 27 yanvar 2025-ci il tarixədək əmək müqaviləsi əsasında "xxxx" MMC-də işləmişdir. Sonradan başqa bir iş tapdığı üçün işdən çıxmışdır. Hazırda 29 yanvar 2025-ci il tarixdən Xankəndində başqa şirkətlə işləməyə başlamışdır. Əmək haqqını əmək müqaviləsinə xitam verildiyi gündən kard vasitəsilə əldə etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı hər hansı bir şikayəti yoxdur. -Məhkəmə iclasına şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, Qarabağ ərazisində "xxxx" MMC-də əmək müqaviləsinə əsasən 16 yanvar 2025-ci il tarixədək işləmişdir. Yanvarın 16-sı işdən çıxdıqdan sonra rayona qayıtmış və daha sonra isə Ağdamda işləməyə başlamışdır. Əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra əmək müqaviləsi olmadan "xxxx" MMC-də işlərə cəlb edilməmişdir. -Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, Qarabağ ərazisində "xxxx" MMC-də əmək müqaviləsinə əsasən 16 yanvar 2025-ci il tarixədək işləmişdir. Əmək haqqı ilə bağlı razılaşa bilmədiyinindən həmin tarixdən sonra işdən çıxmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra yaşadığı ünvana getmişdir. Daha sonra Qarabağ ərazisinə getməmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra əmək müqaviləsi olmadan "xxxx" MMC-də işlərə cəlb edilməmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, Qarabağ ərazisində "xxxx" MMC-də əmək müqaviləsinə əsasən 16 yanvar 2025-ci il tarixədək işləmişdir. Əmək haqqı ilə bağlı razılaşa bilmədiyinindən həmin tarixdən sonra işdən çıxmışdır. Hazırda Ağdamda başqa bir şirkətlə əmək müqaviləsi bağlayaraq orada işləyir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra əmək müqaviləsi olmadan "xxxx" MMC-də işlərə cəlb edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X26 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, "xxxx" MMC tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X21, X17, X10, X14, X18, X19 yuxarıda qeyd edilən məzmunda izahatlar verərək "xxxx" MMC tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmədiklərini bildirmişlər. Yekunda məhkəmə qərara gəlmişdir ki, beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 03 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs "xxxx" MMC tərəfindən protokolda adları qeyd edilən şəxslərin hansı tarixlərdə əməyə cəlb edilməsi göstərilməmiş, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-887/2025 saylı qərarı ilə hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-887/2025 saylı qərarı ilə hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, eyni xəta pozuntusu ilə bağlı vəzifəli şəxs X37 barəsində də tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X26 Xidmətinin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X24 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X26 Xidmətinin inzibati tənbeh verilməsi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-1441/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1441/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver