Məhkəmə qərarları › İş №3(008)-1442/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1442/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1442/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 23 sentyabr 1987-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 9-cu MKR, ev 29, mənzil 23-də qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Qaçaq Nəbi küçəsi, ev 4-də yaşayan-X3 Bakı Şəhər Sabunçu RPİ 15-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Bakı Şəhər Sabunçu RPİ 15-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhər Sabunçu RPİ 15-ci Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Bakı Şəhər Sabunçu RPİ 15-ci Polis Bölməsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı Şəhər Sabunçu RPİ 15-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 öz izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə rəisi Firdovsi Quliyev onun barsində 11 mart 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. 11 mart 2023-cü il tarixdə o “Sea Breeze” adlı istirahət mərkəzindən qayıdarkən “Socar” YDM-nə girmişdir. Həmin vaxt bir nəfər şəxs onun yanında olan sürücüyə yaxınlaşıb qazi olduğunu bildirdi və hasara alınmış həyətdən bir qədər qumu götürüb Kürdəxanıda başqa bir ünvana aparmağı xahiş etdi. O avtomobili idarə edən şəxs olmadığı üçün avtomobili idarə edən şəxs həmin qazi ilə danışıb avtomaşını qazinin dediyi ünvana doğru sürdü. Həmin yer hasara alınmış idi və xüsusi mülkiyyətdə olan ərazi kimi hasarlanmışdı. Buna görə də sürücü Elnur qaziyə kömək məqsədilə deyilən həyətdən biraz qumu götürən kimi 4 maşın post-patrul onlara yaxınlaşıb yük avtomobilini onlardan aldılar. Daha sonra Polis İdarəsinə apardılar. Orada izahatlarını alıb qanunsuz protokol və qərar tərtib etdilər. Həmin vaxt o ümumiyyətlə yük avtomobilini idarə etməmişdir. Eyni zamanda onun və sürücüsü Elnurun cərimə olunması barədə qərar qəbul edilmişdir. Onun əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Ona məxsus olan “DAF” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil də qanunsuz olaraq bugünədək Kürdəxanı qəsəbəsində yerləşən cərimə meydançasında saxlanılır. Məhkəmədən şikayətinin təmin olunmasını, 11 mart 2023-cü il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi MN ******* nömrəli, xx.xx.2023-cü tarixli qərarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə fiziki şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Bakı Şəhər Sabunçu RPİ 15-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri X2 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X3 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Bakı Şəhər Sabunçu RPİ 15-ci Polis Bölməsinin sahə rəisi F.Quliyevin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü tarixli qərarın ləğv edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar