Məhkəmə qərarları › İş №3(008)-1445/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1445/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1445/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 nümayəndəsi, Vəkil iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 nümayəndəsi, Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X5 Bakı şəhəri 90 saylı tam orta məktəbin direktoru əvəzi vəzifəsində çalışır. O direktor əvəzi vəzifəsində çalışdığı dövrdə heç bir dövlət orqanları ilə problemləri olmamış və hər hansı dövlət orqanı onun fəaliyyəti ilə bağlı iradlar bildirməmişdir. Lakin, 21 fevral 2023-cü il tarixində çalışdığı 90 nömrəli məktəbə poçt vasitəsi ilə daxil olmuş məktublardan məlum olmuşdur ki, o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə olunmuşdur. Barəsində qəbul edilmiş 14 oktyabr 2022-ci il tarixli qərardan narazıdır. Belə ki, 2022-ci il oktyabr ayının 17-də məktəbdə olarkən direktor əvəzi X3 məlumat verilmişdie ki, məktəbin fiziki tərbiyə müəlliməsi, 1960-cı il təvəllüdlü X6 dərs prosesindən kənar vaxt özünü pis hiss edib. Mətanət Quliyevanın səhhəti ilə maraqlanan zaman məlum oldu ki, 17 oktyabr tarixində özünü pis hiss etməsi əlamətlərinə görə əvvəllər də səhhətində yaranmış problemlərlə oxşarlıq təşkil etmişdir. Belə ki, onun səhhətində ciddi problemlər mövcuddur və tez-tez Azərbaycanda və xaricdə müalicə kursları keçməklə, həkim nəzarəti altında olur. O səbəbdən ona tibbi yardımın göstərilməsi təşkil edilmiş və bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinə X5 tərəfindən məlumat verilmişdir. 14 noyabr 2022-ci il tarixində isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin əməkdaşı Mətanət Quliyevanın izahatın almış, baş gicəllənmədən əvvəl onun nə işlə məşğul olduğunu araşdırmış, bu zaman aşkar etmişdir ki, Mətanət Quliyeva fiziki tərbiyə dərsi keçərkən şagirdlərdən biri yerə düşmüş topu ona qaytararkən top onun başına toxunmuş, əməkdaş Suliddin Mehdizadə bu toxunuşu istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirmiş, bu "bədbəxt hadisə" barədə hüquqlarını müdafiə etdiyi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinə vaxtında məlumat verməməyini İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta kimi qiymətləndirmişdir. Hesab edir ki, Mətanət Quliyevanın səhhətinin birdənbirə pisləşməsi onun əvvəldən səhhətində mövcud olan xəstəliklərlə bağlıdır və istehsalatla heç bir bağlılığı yoxdur. Məhkəmədən şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin vəzifəli şəxsləri tərəfindən heç bin qanun pozuntusuna yol verilməmiş, inzibati qərarın ləğv olunması üçün heç bir əsaslı sübut müəyən edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi tərəfindən məhkəməyə təqdim olunmadı. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli «inzibati tənbeh vermə haqqında» qərarının ləğv olunması barədə X2 nümayəndəsi, Vəkil şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99- 100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 nümayəndəsi, Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar