Məhkəmə qərarları › İş №3(008)-1456/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1456/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1456/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, X3 tərəfindən Nərimanov rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayət vermiş şəxs X3 və qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə şikayət vermiş şəxs X1 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon DYPŞ -nin nümayəndəsinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, ölkədə tətbiq edilmiş sosial izolyasiya tədbirləri ilə ələqədar işlədiyi «xxxxxxx» MMC tikinti şirkəti tərəfindən ona ölkə üzrə işlə əlaqədar hərəkət icazə verilmiş və bu icazə tələb edilən formadan https://icaze.e-gov.az/ portalına daxil edilmişdir. Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən təqdim edilmiş çıxarışdan da göründüyü kimi, ona «xxxxxxx» MMC tərəfindən ölkə ərazisi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidməti fəaliyyəti ilə əlaqədar hərəkətinə icazə verilmişdir. Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli qərarının əlavəsinin 4.13-cü yarımbəndinə əsasən «mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmirini» həyata keçirən özəl hüquqi şəxslərin əməkdaşlarının hərəkətinə müvafiq icazələr verilmişdir. Nazirlər Kabinetinin xx xxxx 2020ci il tarixli 208 nömrəli qərarında dəyişiklik edilməsi haqqında xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə bəzi fəaliyyət sahələri üzrə işçilərin say həddinə məhdudiyyət tətbiq edilsə də, «mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmirini) həyata keçirən özəl hüquqi şəxslərin əməkdaşlarının say həddinə məhdudiyyət tətbiq edilməmişdir. “Yaşayış və qeyri-yaşayış binalarının tikinti”si “xxxxxxx” MMC-nin əsas fəaliyyət növü (KOD 41200) olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydə alınmışdır. Qeydə alınmış fəaliyyət növünə və verilmiş müvafiq icazələrə uyğun olaraq “xxxxxxx” MMC tərəfindən Bakı şəhərində və bölgələrdə dövlətin məşğulluq siyasətinin dəstəklənməsi, eyni zamanda strateji və dövlət əhəmiyyətli, o cümlədən “Bakı Heyvanat Parkı”nın yenidən qurulmasının, “Böyükşor” gölünün reablitasiyasının, “Acıdərə” kanalının inşasının, “Məcburi köçkünlərin mənzil şəraitinin yaxşlaşdırılması ilə əlaqədar yaşayış massivinin” salınmasının və s. layihələrin vaxtında icrasının təmin edilməsi məqsədləri ilə işlərin görülməsi xüsusi karantin tələbləri nəzərə alınmaqla davam etdirilir. Layihələrin vaxtında icrasının təmin edilməsi məqsədləri ilə işlərin görülməsi xüsusi karantin tələbləri nəzərə alınmaqla davam etdirilir. Hazırda da şirkət işini verilmiş icazələrə uyğun olaraq işçilərin tam heyətinin iştirakı ilə davam etdirir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə Nərimanov DYPŞ YPX əməkdaşı X2 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu. Z.Bünyatov küçəsində inzibati xəta haqqında protokol tərtib etmədən, xüsusi texniki vasitə haqqında hər hansı qeyd aparmadan, üzərində olan səsyazan vasitəni işə salmadan, birbaşa buna səlahiyyəti çatmadığı halda TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul etmişdir. Əsas olaraq isə guya onun müvafiq icazə olmadan hərəkət etməyi barədədir. Halbuki icazə barədə müvafiq sənədləri olmuşdur. Pandemiyadan sui-istifadəyə yol verilməməlidir. Qərar həm maddi həm də prosessual pozuntularla müşaiət edildiyi üçün hesab edir ki, həmin qərar ləğv edilməlidir. Eyni zamanda qərarda inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitə barədə məlumat daxil edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Daxili İşlər Nazirliyi Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin YPX-nin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və əməlində İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X3 tərəfindən məhkəməyə təqdim olunmadı. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar