Məhkəmə qərarları › İş №3(008)-1457/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1457/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1457/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Qərardan şikayət verən şəxs X5 nümayəndəsi Qanuni nümayəndə2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət edərək rayon MKTB-nin 81 saylı mənzil-kommunai istismar sahəsində dalandar işləyən X3 xx.xx.2024-cü il tarixində öz vəzifə borcunu yerinə yetirərkən sürüşərək yıxılması nəticəsində guya xəsarət alması ilə bağlı məlumatın daxil olduğunu bildirmişlər. Bundan sonra X4 Bakı şəhər İdarəsi təhqiqat (araşdırma) aparıması üçün işəgötürən-Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bir sıra müvafiq sənədlərin təqdim edilməsini tələb etmiş, MKTB-də bütün tələb olunan sənədləri həmin quruma təqdim etmişdir. Bu yaxınlarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsidən Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məktub daxil olmuş və həmin məktubda rayon MKTB-nin rəisi-işəgötürən - X7r barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında protokolun məlumat üçün göndərildiyi bildirilmişdir. Az sonra cavabdeh qurumdan rayon MKTB-nə xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-9248/2025 sayl məktub-bildiriş daxil olmuşdur. Həmin bildirişlə AR İXM-nin 199-cu maddəsinə əsasən AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqındı protokolu üzrə inzibati xəta haqqında işə baxılmasının xx.xx.2025-ci il tarixinə təyin edildiyi və nümayəndənin iştirakının təmin olunmasının vacibliyi bildirilmişdir. Həmin tarixdə nümayəndələr cavabdeh qurumda olmuş və xx.xx.2024-cü il tarixində baş vermiş hadisə ilə bağlı lazımi izahatlarını vermişlər. Bütün bunlardan sonra tərtib edilmiş həmin xx.xx.2025-ci il tarixli protokol əsasında da onun Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi-işəgötürən kimi vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən 1000 (bir min) manat cərimə olunmağı barədə 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Göstərilən qərar xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə Rayon MKTB-nə daxil olmuşdur. Onun cərimə olunmağı barədə qəbul edilmiş qərar üçün əsas kimi götürülmüş «Protokol»la isə ümumiyyətlə tanış deyil, onun nə vaxt və kimlərin iştirakı ilə tərtib edildiyi ona məlum deyildir ki, bu da özlüyündə mövcud qanunvericiliyin pozulması deməkdir. Digər tərəfdən AR İXM-nin 100.4-cü maddələrinin tələblərinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Qanunun bu göstərişlərinə də əməl edilməmiş nəticədə əsassız olaraq o, cərimə olunmuşdur. Qərarda inzibati xəta kimi Sabunçu rayon MKTB-nin 81 saylı mənzil-kommunal istismarı sahəsində dalandar işləyən X3 xx.xx.2024-cü il tarixində 10:30 radələrində iş zamanı “istehsalatda xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş verməsi, iş yerində sağlam təhlükəsiz əməyin mühafizəsinin təmin edilməməsi”nə istinad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin onun-X5 “Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi” ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən şəxs qismində 1000 (min) manat məbləğində cərimə olunmağı barədə xx.xx.2025-c il tarixli, MN ******* №-li qərarı (İnzibati tənbeh vermə haqqında) əsassız və qeyri-qanuni olduğuna görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X5 nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, şikayətin təmin edilməsini və X5 barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin səlahiyyətli nümayəndəsi X11 məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X10 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Sabunçu MKTB-nin dalandarı X3 xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində iş zamanı istehsalatda xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı birliyin rəisi işəgötürən Ramil Əliyev tərəfindən işçiyə iş yerinin sağlam təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati tənbeh vermə haqqında 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən ünvan 3alandarı X3 xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində iş zamanı istehsalatda xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı işçiyə iş yerinin sağlam və təhlükəsiz əməyin mühafizəsi təmin edilməmişdir. X2 tərəfindən AR İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə barəsində 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 81 saylı Mənzil-Kommunal İstismar Sahəsinin dalandarı X3 xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktına əsasən AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2024-cü il tarixli 3-17-5/3-2-132/2024 nömrəli əmri ilə təyin edilmiş komissiya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu aktı tərtib etmişdir. Həmin aktın əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyinə əsasən bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinə əsasən Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 81 saylı Mənzil- Kommunal İstismar sahəsinin dalandarı X3 ehtiyatsızlığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən təhqiqat materialına istinad etsə də, həmin təhqiqatın aparılmasının nəticəsini əks etdirən təhqiqat aktında bədbəxt hadisənin baş verməsində Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 81 saylı Mənzil-Kommunal İstismar sahəsinin dalandarı X3 ehtiyatsızlığının olduğu, yəni sonuncunun təqsiri üzündən baş verdiyi qeyd edilmişdir. Belə olan halda inzibati xəta haqqında protokol tərtib edən orqanın nəyə əsasən Sabunçu MKTB-nin rəisi X5 barəsində İXM-nin 199-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi aydın deyil. Şəxs inzibati məsuliyyətə o halda cəlb oluna bilər ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilsin və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş olsun. Təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxsin təqsirliliyini təsdiq edən sübutun olmaması şəxsin təqsirliliyinin sübuta yetirilməməsi hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İnzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda X1 və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməməsinin onun hansı hərəkətlərində ifadə olunması qeyd edilməmişdir.Yəni şəxs hansı hərəkətləri etməli idi ki, onu etməməklə sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti yaratmamışdır. Bunu tsədiq edən sübutlar inzibati xəta haqqlnda protokol tərtib edən orqan tərəfindən təqdim olunmamışdır. Əksinə onların təqdim etdiyi komissiyanın rəyində baş vermiş bədbəxt hadisədə zərərçəkmiş şəxsin təqsirinin olmasının (ehtiyatsızlığı) müəyyən edildiyi qeyd edilmişdir. Bu isə Sabunçu MKTB-nin rəisi X1 və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməməsi kimi bir nəticəyə gəlinməsini istisna edir. Yəni, aparılmış araşdırma onun təqsirli olmadığını göstərir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X10 oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Sabunçu Rayon Mənzil Kommunal Təsərüffat Birliyi”nin rəisi X10 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar