Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1459/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi ilə, X2 Bakı şəhər BPİ X12 İdarəsinin TP ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Bakı şəhər BPİ X12 İdarəsinin TP ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibat tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ X12 İdarəsinə və qərardan şikayət verən şəxs X3 müvafiq qaydada məlumat verilsədə, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə saat 09:15-də “Toyota Prius” markalı, **-SC-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olan zaman Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılmış və Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü Yol-Patrul xidməti inspektoru X4 tərəfindən idarə etdiyi avtomobilə etibarnamənin olmaması və heç bir protokol tərtib edilmədən cərimə meydançasına aparılmışdır. “Toyota Prius” markalı, **-SC-*** dövlət nömrə nişanlı minik avtomobilinin sahibi X6 tərəfindən xx xxxxxx 2020-ci il tarixində "Mobil Notariat” proqramı vasitəsilə ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmin etibarnamə 6 saylı “Səyyar-Asan xidməti” mərkəzində qeydiyyata alınmış və təsdiq edilmişdir. YPX əməkdaşı saxlayan zaman ona bu halları bildirsə də, polis əməkdaşı “sistemdə həmin etibarnamə görünmür, avtomobil cərimə meydançasına gedəcək. Əgər həqiqətəndə əvvəlcədən sənə etibarnamə verilibsə yaxınlaş X9 baxıb araşdıraq” deməklə heç bir protokol tərtib etmədən avtomobili cərimə meydançasına aparmışdır. Sonradan o xx xxxxxx 2020-ci il tarixində Nərimanovda yerləşən 3 saylı Notariat ofisinə yaxınlaşmış və xx xxxxxx 2020-ci il tarixində ona verilmiş etibarnaməni sistemdən çap edib möhürü ilə təsdiq etməklə kağız formatında əldə edib dərhal həmin etibarnamə ilə Yol-Patrul xidməti inspektoru polis kapitanı X1 olduğu X11 adlanan inzibati binaya getmişdir. Etibarnaməni təqdim etsə də o bu etibarnamə ilə razılaşmadı və əsassız olaraq barəsindədə İnzibati Xətalar Məcəlləsinin 332.1 -ci maddəsini rəhbər tutaraq İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli protokol tərtib etdi və cərimə meydançasında saxlanılan avtomobil üçün buraxılış verdi. Yazılan protokol ilə razılaşmadığını və ondan şikayət edəcəyi üçün həmin protokol əsasında qərar qəbul edilib bir nüsxəsinin ona verilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, qərarın ləğv olunması üçün heç bir əsas müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 332.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzabati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində qəbul edilmiş TP ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X2 barəsində qəbul edilmiş TP ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1459/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1459/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver