Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1466/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, X2 tərəfindən Bakı şəhər Nizami RPİ-nin 23-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nizami RPİ-nin 23-cü PBnin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nizami RPİ -nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə şikayət vermiş şəxs X1 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nizami RPİ-nin nümayəndəsinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxxxxx" MMCdə inventarlaşdırma üzrə mütəxəssis vəzifəsində işləyir. Dünyada və ölkəmizin ərazisində yayılmış COVİD-19 pandemiyası ilə əlaqədar Respublika ərazisində xx xxxx 2020-ci il tarixdə xüsusi karantin rejimi elan edilmiş, bununla əlaqədar olaraq vətəndaşların, şəxsi mülkiyyətdə və istifadədə olan avtomobillərin hərəkəti məhdudlaşdırılmışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə supermarketlərin fəaliyyətinə icazə verilmişdir. Operativ Qərargahın xx xxxxx 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işləyən işçilərə verilmiş icazələrin icaze.e-gov.az portalına daxil edilməsinin məcburiiiyi ilə əlaqədar tələb müəyyən edilmişdir. Ona verilmiş icazə icaze.e-gov.az portalında təsdiq edilmiş və başlama tarixi xx.xx.2020-ci il, bitmə tarixi isə xx.xx.2020-ci il olaraq müəyyən olunmuşdur. Buna baxmayaraq, xx xxxxx 2020-ci il tarixdə səhər işə gələrkən “Koroğlu" metrostansiyası yaxınlığında polis əməkdaşı tərəfindən saxlanılmış və icazəsinin olub-olmaması yoxlanılmış, “icazənin sistemdə görünməməsi" bəhanə edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tələblərini pozduğu qeyd edilmişdir. O inzibati xəta haqqında protokolun tərtib edilməsinə etiraz etdikdə protokolu tərtib edən polis əməkdaşı isə bu protokolun cərimə hesablamaq üçün tərtib edilmədiyini, yalnız xəbərdarlıq xarakteri daşıdığını bildirmişdir. Polis əməkdaşı ona şikayətə əlavə etdiyi sənədi protokol kimi vermişdir. Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gülzar Hüseynova xx xxxx 2020-ci il tarixdə ona zəng edib adına cərimənin olmasını bildirdikdə və ödəməyini tələb etdikdə ona verilən sənədin xəbərdarlıq olmadığı, cərimə hesablandığı ona məlum olmuşdur. Sonradan ona verilən sənədin inzibati xəta haqqında protokolun ikinci vərəqi olduğunu dəqiqləşdirmiş, xx xxxx 2020-ci il tarixdə ərizə ilə Nizami Rayon Polis İdarəsinin 23-cii Polis Bölməsinə ərizə ilə müraciət edərək qərarın surətinin ona rəsmi qaydada verilməsini xahiş etmiş, xx xxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surəti ona xx xxxx 2020-ci il tarixdə təqdim edilmişdir. İnzibati xəta haqqında qərar ona nə poçtla göndərilmiş, nə də bu barədə SMS vasitəsilə məlumat verilmişdir. Qərar barədə o icraya yönəldikdən sonra xəbəri olmuş, qərarın surətini rəsmi olaraq xx xxxx 2020-ci il tarixdə əldə etmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddəti tərəfindən ötürülməmişdir. Həmçinin qeyd etmişdir ki, hadisə xx xxxxx 2020-ci il tarixdə baş vermiş, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar xx xxxxx 2020-ci il tarixdə tərtib edilmiş (icra sənədlərindən göründüyü kimi), daha sonra qərarın üzərində düzəliş edilərək “xx xxxxx 2020" qeyd olunmuşdur. Belə ki, hərəkətlərində inzibati xətanın tərkib əlamətləri yoxdur və o heç bir qanun pozuntusuna yol verməmişəmdir. Polis əməkdaşı tərəfindən saxlandığı vaxt ona verilmiş icazə qüvvədə olmuş və icaze.e-gov.az portalına daxil edilmişdir. Polis əməkdaşının onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi üzrə icaze.e-gov.az portalında verdiyi axtarışın nəticəsiz qalması, verilən icazənin tapılmaması və s. karantin rejimi qaydalarını pozmağın qənaətinə gəlməyə və buna görə də inzibati məsuliyyətə cəlb olunmağına əsas vermir. Hesab edir ki, adının polis əməkdaşının portativində çıxmaması onun təqsiri deyil, odur ki, ona istinad olunan karantin rejimi qaydalarını nə qəsdən, nə də ehtiyatsızlıqdan pozmamış, ona istinad olunan əməldə tərkib əlamətlərindən təqsir mövcud deyildir. Belə ki, barəsində olan icazə ləğv olunmamış, xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək qüvvədə olmuşdur. xx xxxxx 2020-ci il tarixdə rəsmi icazə əsasında hərəkət etmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nizami RPİ-nin 23-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Belə ki, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nizami RPİ-nin 23-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X2 tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(008)-1466/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1466/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver