Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1476/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 24 fevral 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16400.00 ABŞ dolları məbləğində vəsaiti 30 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 16400.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 31 yanvar 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxs məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, "xxxx" MMC ilə Slovakiya Respublikasında fəaliyyət göstərən “AURORA BOREALİS LLC” şirkəti arasında xx.xx.2022ci il tarixli, BCZ-xx/xx/1611/2022-AB nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, “AURORA BOREALİS LLC” şirkəti 8 (səkkiz) ədəd KAMAZ markalı yük maşınlarının (dizel-7xx.xx-1000412-58) mühərrikinin 12 (on iki) ay müddətində "xxxx" MMC-yə satılması nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən “AURORA BOREALİS LLC” şirkətinin müqavilədə göstərdiyi bank hesabına (rekvizitə) xx.xx.2023-cü il tarixində malların ümumi dəyərinin 50% (16400 ABŞ dolları) məbləğində ödəniş edilmişdir. Lakin “AURORA BOREALİS LLC” şirkəti elektron poçt vasitəsilə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixində “AURORA BOREALİS LLC”-yə ödənilmiş 16.400 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması və tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BCZ- xx/xx/1611/2022-AB nömrəli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC tərəfindən əlavə №1 müqavilə imzalanaraq qarşı tərəfə göndərilmişdir. Lakin “AURORA BOREALİS LLC” şirkəti tərəfindən bu müqavilə imzalanmamışdır. Həmçinin, "AURORA BOREALİS LLC” şirkəti öhdəliyin icrasından yayınaraq "xxxx" MMC tərəfindən ödənilən 16.400 ABŞ dollarını bu günə kimi geriyə qaytarmamış və heç bir əlaqəyə cavab verməmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, “AURORA BOREALİS LLC” şirkətinin hüquqi şəxs kimi Slovakiya Respublikasında qeydiyyatdan keçib-keçməməsini, hüquqi ünvanının dəqiq müəyyən olunmasını və vəsaitin qaytarılması üçün Bakı şəhərində mövcud olan Slovakiya Respublikasının Konsulluğuna tərəfimizdən müraciət edilmişdir. Slovakiya Respublikasının Konsulluğu şifahi cavab verərək məsələnin araşdırılması üçün onlar tərəfindən (konsulluq) Slovakiya Respublikasının Ticarət Palatasına müraciət olunmuşdur. Lakin bu günə kimi Slovakiya Respublikasının Ticarət Palatasından heç bir cavab gəlməmişdir. Yəni Arbitraj Məhkəməsinə aidiyyəti müraciətimiz üçün “AURORA BOREALİS LLC” şirkəti olaraq hansı ölkədən qeydiyyatdan keçməsinə cavabı verilməmişdir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli fərmanı ilə “Azərsilah” X1” QSC-nin yaranması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan birlik və müəssisələrin strukturunda əsaslı dəyişiklik edilmişdir. Baş verən struktur dəyişikliyi nəticəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2024-cü il tarixli 20 nömrəli əmri ilə "xxxx" MMC-nin əmlakı "Azərsilah” X1” QSC-nin balansına verilmişdir, 350 işçi sayı olan zavodun direktor və iki işçi istisna olmaqla digər məsul əməkdaşlar başqa struktur bölmələrinə və ya müəssisələrə transfer olunmuşdur (sübut kimi məhkəməyə ƏMAS sistemindən skrin edilmiş görüntünü təqdim edilir). Yəni "xxxx" MMC fəaliyyətini faktiki olaraq dayandırmışdır və zavodun ləğvi üçün minimum işçi saxlanılmışdır. Bu səbəbdən onsuzda zərər dəymiş müəssisənin maliyyəyə imkanı və ödəniş qabiliyyəti yoxdur. Yuxarıda qeyd olunanlardan və iş materiallardan görünür ki, "Bakı Cihazqayırma zavodu” MMC (Alıcı) ilə Slovakiya Respublikasında fəaliyyət göstərən “AURORA BOREALİS LLC” (Satıçı) şirkəti arasında xx.xx.2022-ci il tarixli BCZ-xx/xx/1611/2022- AB nömrəli bağlanmış alğı-satqı müqaviləsinin yekun nəticə əldə olunmasına üçün bütün hərəkətləri etmişdir, lakin qanuna zidd halların həll etmə iradəsindən və düşdüyü vəziyyət Alıcıdan asılı və həlli mümkün olayan səbəblərlər yaranmışdır. Bunları nəzərə alaraq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 3(008)-1476/2025 işə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi və hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 fevral 2025-ci il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC 16400.00 ABŞ dolları məbləğində vəsaiti 30 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 16400.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1104, ünvan 2 Məhkəməyə təqdim olunmuş “AURORA BOREALİS” LLC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, şirkət xx/xx/1611/2022-AB saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə çatdırmanın yaxın gələcəkdə həyata keçirilə bilinməyəcəyini, göndərilmiş avans məbləğin geri qaytarılmasını təklif etdiklərini, müqaviləyə xitam verilməsi ilə bağlı razılaşma tərtib olunaraq onlara təqdim olunmasını bildirmişlər. "xxxx" MMC tərəfindən Slovakiya Respublikasının səfirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC ilə Slovakiya Respublikasında hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “AURORA BOREALİS LLC” şirkəti asında xx.xx.2022-ci il tarixli BCZ-xx/xx/1611/2022-AB nömrəli alğı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, “AURORA BOREALİS LLC” şirkəti 8 (səkkiz) ədəd KAMAZ markalı yük maşınlarının (dizel- 7xx.xx-1000412-58) mühərrikinin 12 (on iki) ay müddətində "xxxx" MMC-yə satılması nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən “AURORA BOREALİS LLC” şirkətinin müqavilədə göstərdiyi bank hesabına (rekvizitə) 2023-cü ilin fevral ayında malların ümumi dəyərinin 50% 16.400 ABŞ dolları) məbləğində ödəniş etmişdir. Lakin, “AURORA BOREALİS LLC” şirkəti rəsmi məktubla müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edə bilməyəcəyini bildirmişdir və ona ödənilən avansı (16.400 ABŞ dollan) geri qaytarılma təklifi verilmişdir, təklifi qəbul edərək "xxxx" MMC qeyd edilən müqaviləyə əlavə razılaşma imzalayaraq qarşı tərəfə göndərmişdir. Buna baxmayaraq, “AURORA BOREALİS LLC” şirkəti öhdəliyin icrasından yayınaraq həmin əlavə razılaşmanı imzalamamış və "xxxx" MMC tərəfindən ödənilən 16400 ABŞ dolları bu günə kimi geriyə qaytarmamış, həmçinin, heç bir əlaqəyə cavab verməmişdir. “AURORA BOREALİS LLC" şirkəti öhdəliyin icrasından yayınmasının, baş verəcək maddi kommersiya itkilərinin və xoşagəlməz borc tələbi ilə bağlı hüquqi müstəvisində həllinin çatdırılmasının qarşısını almaq məqsədi ilə dövlətlərarası dostluq münasibətini nəzərə alaraq, "AURORA BOREALİS LLC” şirkətinə ödənilən pul vəsaitinin geriyə qaytarılmasına köməklik edilməsinə və görülən tədbirlər barədə “Bakı Cihazqayırma zavodu" MMC-yə melumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıla bilər. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs MMC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən müqavilə üzrə öhdəlik icra olunsa da, yəni avans məbləğ şirkətə köçürülsə də, “AURORA BOREALİS” LLC öz üzərinə düşən öhdəliyi icra etməmiş, yəni malları ölkəyə idxal etməmişdir. Bunu da Şəxs MMC-yə ünvanladığı məktubunda bildirmiş və avans ödənişinin də geri qaytarılacağını qeyd etmişdir. Bütün bunlar isə Şəxs MMC-nin malları (xidməti) ölkəyə idxal etməməsində, valyuta vəsaitini geri qaytarmamasında təqsirli olmadığını göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1476/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1476/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver