Məhkəmə qərarları › İş №3(008)-1491/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1491/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1491/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakı ilə Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən inzibati xəta haqqında protokol və materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsi tərəfindən Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə 04 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC xx.xx.2025-ci il saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospektində “Tamstore” marketin qarşısında Şəxs ASC-yə məxsus olan “FORD TRANZİT” markalı, 99JH840 dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlamasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edilmişdir. Bununla da inzibati xəta tərkibi baş vermişdir. Məhkəmənin əvvəlki iclasında Şəxs ASC-nin nümayəndəsi X4 yazılı etiraz təqdim edərək və ona uyğun izahatında bildirmişdir ki, 04 mart 2025-ci il tarixdə "X8" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilib. Protokola əsasən "X8" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin pozaraq sürücünün reysqabağı tibbi müayinəsini təşkil etməmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi" Qaydalarının 1.2-ci bəndinə qeyd edilir ki, "Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiva məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili vük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu mil 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaların 2.1.1-ci bəndində avtomobil nəqliyyatı ilə kommersiya məqsədli yük daşınmasının açıqlanması verilmişdir: avtomobil nəqliyyatı ilə kommersiva məqsədli yük daşınması yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla və daşınma haqqı ödənilməklə yerinə yetirilən yük daşımaları. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4cü maddəsində də "avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar"ın anlayışı verilmişdir: 1.0.4. avtomobil nəqliyyatı ilə kommersiva məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar; Həmin Qanunun 1.0.5-ci maddəsinə görə isə 1.0.5 avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar - hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına verinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır; Şərh olunan normativ aktlarla "avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar" və "təsərrüfat ehtiyacları üçün daşımalar" anlayışları fərqləndirməklə, imperativ xarakter daşıyan sürücülərin reysqabağı tibbi müayinəsinin təşkil edilməsi yalnız kommersiya məqsədli daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlarlara şamil edilir. "X8" ASC balansında olan avtomobil nəqliyyatı vasitələri ilə satış nöqtələrinə malları yük daşıması müqaviləsi olmadan və öz hesabına olmaqla təsərrüfat ehtiyacları üçün daşımalar həyata keçirir. Belə olan halda «X8" ASC üçün reysqabağı sürücülərin tibbi müayinəsinin təşkil edilməsi mütləq xarakter daşımadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməməsi qənayətinə gəlirik. Hesab edirik ki, etirazın əsaslandırıcı hissəsində göstərilənlər inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır və bu səbəbdən də "X8" ASC barəsində tərtib edilmiş 04 mart 2025-ci il tarixli il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi izahatında bildirmişdir ki, "X8" ASC-nin inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 60-ci maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Qanunun 26.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər daşıma fəaliyyəti göstərərkən nəqliyyat vasitələrini hər reys qabağı texniki müayinədən keçirməlidirlər. Həmçinin, bildiririk ki, Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"nin 3.1.24-cü yarımbəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəsi olaraq müəyyən edilmişdir. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcıların sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"nın 2-ci və 3-cü hissələrinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 26.3-cü hissəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokolu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 sədri, onun müavinleri, departament direktoru, onun müavini, şöbə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, regional idarələrin müdirləri, baş inspektor, böyük inspektor, aparıcı inspektor, inspektorlar tərtib etmək səlahiyyətindədir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən "Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı"nda aparılır. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Qeyd olunan "Avtomobil nəqliyyatı haqında" Azərbaycan Respublikası Qanununun, həmçinin Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları"na görə sürücülər eyni zamanda reys qabağı tibbi müayinədən də keçirilməlidir. Qaydaların 3-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın elə Tətbiqi dairəsinə diqqət yetirsək, Bu Qaydalar avtomobil daşıyıcıları (bundan sonra daşıyıcılar) tərəfindən avtonəqliyyat vasitələri ilə yüklərin beynəlxalq və ölkədaxili daşınmasının təşkilini və yerinə yetirilməsini, yük növlərinin daşınmasına dair tələbləri müəyyən edir. Bundan əlavə həmin qaydaların Əsas anlayışlarında 2.1.5 hissəsində ölkədaxili yük daşımaları Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımalarıdır. Göründüyü kimi Qanunun qeyd olunan maddələrində avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Azerbaycan Respublikasının ümumi istifadədə olan dövlət avtomobil yollarına çıxan yük növlərinin daşınmasını həyata keçirən daşıyıcılara şamil olunur. Bildiririk ki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.5-ci maddəsinə əsasən ölkədaxili yük daşımaları Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımalarıdır. Onu da xüsusilə qeyd etmək istərdik ki, Qanunverici sözügedən Qanunun məhz kimlərə şamil edilməməsini bir başa Qanunun 3.2-ci maddəsində təsbid etmişdir. Həmin 3.2-ci maddəsinə əsasən Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir Həmin Qanunun 3.2.4-cü maddəsinə əsasən hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara: Həmin Qanunun 3.2.5-ci maddəsinə əsasən hüquqi şəxslərin və fərdi sahibkarların ümumi İstifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına. Həmin Qanunun 60-cı maddəsinə əsasən bu Qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, ASC sözügedən Qanunun 3.2-ci maddəsində sadalananlara hərhansı bir aidiyyəti yoxdur. Yuxarıda sadaladığımız hüquqi aktlardan da göründüyü kimi, ASC yükdaşıma həyata keçirdərkən sözügedən sahənin tənzimləyən hüquqi aktlara riayət etməliydi. Yuxarda qeyd edilənlərdən aydın olur ki, inzibati xəta haqqında protokol səlahiyyətli şəxslər tərəfindən qanunvericiliyin tələbləri gözlənilməklə tərtib edilmiş və Sabunçu Rayon Məhkəməsinə qeyd olunan protokol baxılması üçün göndərilmişdir. Tərtib edilmiş protokolun təmin edilməsini xahiş edir. İclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmənin sonuncu iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, inzibati işə tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsi tərəfindən Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə 04 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs ASC xx.xx.2025-ci il saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospektində “Tamstore” marketin qarşısında Şəxs ASC-yə məxsus olan “FORD TRANZİT” markalı, 99JH840 dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlamasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edilmişdir DVD-R diskə əlavə edilmiş video və foto görüntülərdən görünür ki, FORD TRANZİT” markalı, 99JH840 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs ASC-nə məxsusdur, üzərində reklam yerləşdirilmiş və yol vərəqi əsasında nəqliyyat vasitəsini X5 idarə edir və ona inzibati xəta haqqında məlumat verilir. Təqdim edilmiş əmək müqaviləsinin surətindən görünür ki, X5 əmək müqaviləsi əsasında Şəxs ASC-də 1-ci dərəcəli sürücü vəzifəsində çalışır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 326-cı maddəsinə əsasən, Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 3.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7-ci bəndinə əsasən: 1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir: 1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. Şəxs ASC-nin nümayəndəsi etirazında və izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi" Qaydalarının 1.2-ci bəndinə qeyd edilir ki, "Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiva məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili vük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu mil 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaların 2.1.1-ci bəndində avtomobil nəqliyyatı ilə kommersiya məqsədli yük daşınmasının açıqlanması verilmişdir: avtomobil nəqliyyatı ilə kommersiva məqsədli yük daşınması yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla və daşınma haqqı ödənilməklə yerinə yetirilən yük daşımaları. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsində də "avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar"ın anlayışı verilmişdir: 1.0.4. avtomobil nəqliyyatı ilə kommersiva məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar; Həmin Qanunun 1.0.5-ci maddəsinə görə isə 1.0.5 avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar - hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına verinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır; Şərh olunan normativ aktlarla "avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar" və "təsərrüfat ehtiyacları üçün daşımalar" anlayışları fərqləndirməklə, imperativ xarakter daşıyan sürücülərin reysqabağı tibbi müayinəsinin təşkil edilməsi yalnız kommersiya məqsədli daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlarlara şamil edilir. "X8" ASC balansında olan avtomobil nəqliyyatı vasitələri ilə satış nöqtələrinə malları yük daşıması müqaviləsi olmadan və öz hesabına olmaqla təsərrüfat ehtiyacları üçün daşımalar həyata keçirir. Belə olan halda «X8" ASC üçün reysqabağı sürücülərin tibbi müayinəsinin təşkil edilməsi mütləq xarakter daşımır. Bununla bağlı məhkəmə hesab edir ki, yuxarıda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının hansı avtomobil daşımalarına şamil edilmədiyi konkret olaraq qeyd olunmuşdur. Həqiqətən də hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına həmin qaydaların şamil olunmadığı müəyyən edilmişdir. Lakin qanunverici tərəfindən təsərrüfatdaxili dedikdə, müəssisələrin, obyektlərin daxilində olan daşımaların nəzərdə tutulması göstərilmişdir. Həmin qayda yalnız daşımaların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan həyata keçirildiyi hallar aiddir. Eyni zamanda "X8" ASC-nin nümayəndəsi şirkətin isthesal etdiyi məhsulunun digər sahibkarlara çatdırılması üçün həyata keçirilən daşımanın kommersiya məqsədli olmadığını hesab etmişdir. Qeyd edilməlidir ki, hazırki iş üzrə "X8" ASC-nin mülkiyyətində olan “Ford Tranzit” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə istehsal etdiyi məhsullarını ayrı-ayrı sahibkarlara məxsus müxtəlif ünvanlarda yerləşən təsərrüfat sübyektlərinə (mağazalara) ümumi istifadədə olan avtomobil yollarından istifadə edərək kommersiya məqsədi ilə çatdırır. Daşımanın şirkətin əmək müqaviləsi üzrə işçisi tərəfindən aparılması qeyd edilən halları aradan qaldırmır. Belə ki, xx.xx.2025-ci il saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospektində “Tamstore” marketin qarşısında AYNA əməkdaşları tərəfindən aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Göründüyü kimi, hazırki iş üzrə "X8" ASC-nin mülkiyyətində olan “Ford Tranzit” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin şirkətin istehsal etdiyi malları onların müştərilərinə yaxud anbarlarına daşıması təsərrüfatdaxili avtomobil nəqliyyatı ilə daşımalara aid edilə bilməz. Məhkəmə "X8" ASC-nin nümayəndəsinin həmin daşımanın kommersiya məqsədli daşıma olmaması ilə bağlı fikirləri ilə də razılaşmır və hesab edir ki, həmin daşıma məhz kommersiya məqsədli yük daşımadır. Belə ki, həmin şirkət tərəfindən istehsal edilmiş məhsulları digər sahibkarlara məxsus təsərrüfat sübyektlərinə (mağazalarına) qeyri kommersiya məqsədləri üçün deyil, kommersiya məqsədi, yəni istehsal etdiyi məhsulları alıcılara sataraq gəlir əldə etmək məqsədi ilə çatdırılır. Odur ki, "X8" ASC-nin mülkiyyətində olan “Ford Tranzit” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və nəqliyyat vasitəsinin sürücüsü X3 reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi təmin edilməmişdir. Bununla da, ASC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "X8" ASC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” Akt və iş materiallarına əlavə edilmiş disklə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, "X8" ASC AR İXM-nin 326-cı maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "X8" ASC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "X8" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 126-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "X8" ASC(VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar