Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1502/2025 04.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi X21 qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndisi X10, X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 26 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 26 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 26 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC-nin direktoru, yəni o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəmdə 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O X13 Xidmətinin Bakı şəhəri İdarəsinin barəmdə tərtib etdiyi 26 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. "AS İNŞAAT'MMC ilə aralarında bağlanmış 14 may 2024-cü il tarixli, ASİ/P/023/24 saylı podrat müqaviləsinə əsasən direktoru olduğu "xxxx" MMC Zəngilan rayonu, Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və ikinci fazasının yenidən qurulması ərazinin 1 saylı Əlavəsində göstərilən tikinti-quraşdırma işlərinin icrasını öz öhdəsinə götürmüşdür. Həmin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün "xxxx" MMC olaraq tərəflərindən əməkdaşlar işə götürülmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixində Şahid7, xx.xx.2024-cü il tarixində Şahid2, xx.xx.2024-cü il tarixində Şahid6, xx.xx.2024-cü il tarixində X9, xx.xx.2024-cü il tarixində isə Şahid5, Şahid1 və X11 işə qəbul barəsində ərizə ilə "xxxx" MMC-yə müraciət etmişdirlər. Daha sonra "ABADLİQ Təmir Tikinti Quraşdırma" X4 10 iyun 2024-cü il tarixli, 52 nömrəli əmri ilə X12 və X3 10 iyun 2024-cü il tarixindən etibarən, 20 iyun 2024-cü il tarixli, 57 nömrəli əmri ilə Şahid6 20 iyun 2024-cü il tarixindən etibarən, 25 iyun 2024-cü il tarixli, 83 nömrəli əmri ilə isə X5 25 iyun 2024-cü il tarixindən etibarən, 01 iyul 2024-cü il tarixli, 85 nömrəli əmri ilə Şahid1, Şahid4 və Şahid5 01 iyul 2024-cü il tarixindən etibarən bağlanmış əmək müqaviləsinin nəzərdə tutulan şərtlərinə uyğun olaraq, işəmuzd aylıq əmək haqqın 400 (dörd yüz) manat olmaqla işə qəbul edilmələri əmr edilmişdir. Şahid6 ilə 5LYDZD000100 nömrəli, Şahid7 ilə xxxxxxx000100 nömrəli, Şahid5 ilə xxxxxxx000200 nömrəli, Şahid4 ilə xxxxxxx000400 nömrəli, Şahid1 ilə xxxxxxx000300 nömrəli, Şahid3 ilə xxxxxxx000200 nömrəli, X6 ilə isə xxxxxxx000400 nömrəli əmək müqavilələri bağlanmışdır. Hətta bundan sonra "xxxx" MMC tərəfindən adı çəkilən şəxslərin Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və Ağalı kəndinin ikinci fazasının yenidən qurulması layihəsi ərazisinə daxil olmaları üçün icazə də alınmışdır. Daha sonra 08 iyul 2024-cü il tarixində X6, 11 iyul 2024-cü il tarixində Şahid3, 12 iyul 2024-cü il tarixində Şahid5, 15 iyul 2024-cü il tarixində Şahid1 ,21 iyul 2024-cü il tarixində Şahid7, 22 iyul 2024-cü il tarixində Şahid6 əmək müqavilələrinə xitam verilməsi ilə bağlı "xxxx" MMC-yə ərizə ünvanlamışdırlar. Buna görə də, xx.xx.2024-cü il tarixli, 158 nömrəli əmr ilə Şahid6 ilə, eyni tarixli 155 nömrəli əmr ilə Şahid7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən, xx.xx.2024-cü il tarixli, 137 nömrəli əmr ilə Şahid5 ilə, eyni tarixli 137 nömrəli əmr ilə Şahid4 ilə, eyni tarixli, 133 nömrəli əmr ilə Şahid1 ilə, eyni tarixli 132 nömrəli əmr ilə Şahid3 ilə, 123 nömrəli əmr ilə X6 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "a"-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilməsi, işçilərin işlədikləri dövr ərzində istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabmm qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi və işçilərin əmək kitabçalarında lazımi qeydlər aparılaraq özlərinə təhvil verilmələri əmr edilmişdir. Bu barədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri də mövcuddur. Göründüyü kimi bütün proses qanuni şəkildə həyata keçirilmiş, adı çəkilən şəxslərin hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, həmin əmək ılələrinə yenə qanuna uyğun olaraq xitam verilmiş, bununla da "xxxx" MMC tərəfindən heç bir hüquq pozuntusu törədilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin direktoru yəni onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair 26 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə Qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 26 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndisi X18 izahat verərək X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş 26 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, Qarabağ ərazisində "xxxx" MMC-də əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinədək işləmişdir. O tarixdən sonra ümumiyyətlə Qarabağ ərazisinə getməmişdir. "xxxx" MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o ümumiyyətlə Qarabağ ərazisində "xxxx" MMC ilə işləmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əmək Məcəlləsinin 7-ci və 49-cu maddəsinin tələbləri pozularaq işəgötürən tərəfindən Şahid7 Natiq oğlu, Şahid6 Höccət oğlu xx.xx.2024-cü il tarixdən Şahid5 Əkbər oğlu, Şahid1 Yusif oğlu, Şahid2 Qismət oğlu, Şahid4 Məcid oğlu, Şahid3 Nəbi oğlu xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yetirilməsinə cəlb olunmuşdurlar. X7 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 3000 manat inzibati cərimə tətbiq edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0003X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 133 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0004X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 123 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 132 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0004X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 134 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən X8 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 137 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid5 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0001X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 158 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid6 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0001X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 155 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid7 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 158 nömrəli əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bölməsində “Dəmirçi” vəzifəsində işləyən Şahid6 Höccət oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanılıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 155 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “Qəlibçi” vəzifəsində işləyən Şahid7 Natiq oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanılıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 134 nömrəli əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bölməsində “Qəlibçi” vəzifəsində işləyən Şahid4 Məcid oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanılıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 137 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “Dəmirçi” vəzifəsində işləyən Şahid5 Əkbər oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanılıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 133 nömrəli əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bölməsində “Qəlibçi” vəzifəsində işləyən Şahid1 Yusif oğlu ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanılıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 132 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “Dəmirçi” vəzifəsində işləyən Şahid3 Nəbi oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanılıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 123 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “Qəlibçi” vəzifəsində işləyən Şahid2 Qismət oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanılıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, X16 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, 26 avqust 2024-cü il tarixli qərarda X26 tərəfindənƏmək Məcəlləsinin 7-ci və 49-cu maddəsinin tələbləri pozularaq işəgötürən tərəfindən Şahid7 Natiq oğlu, Şahid6 Höccət oğlu xx.xx.2024-cü il tarixdən Şahid5 Əkbər oğlu, Şahid1 Yusif oğlu, Şahid2 Qismət oğlu, Şahid4 Məcid oğlu, Şahid3 Nəbi oğlu xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yetirilməsinə cəlb edilməsi göstərilsə də, həmin şəxslərin hansı tarixdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin in inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni X26 tərəfindən adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedibgetməmələrini, həmin rayonlara getmişlərsə, X26 tərəfindənorada əməyə cəlb olunubolunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X18 və Şahid1 yuxarıda qeyd edilən məzmunda izahatlar verərək “X26 tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmədiklərini bildirmişlər. Beləliklə, inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən 26 avqust 2024cü il tarixli qərarda X26 tərəfindən qərarda adları qeyd edilən şəxslərin hansı tarixlərdə əməyə cəlb edilməsi göstərilməmiş, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə “X16 İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X16 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməli, Azərbaycan Respublikası ƏƏSMN-nin X13 Xidmətinin MN seriyalı ******* nömrəli 26 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN-nin X13 Xidmətinin MN seriyalı ******* nömrəli 26 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1502/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1502/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver