Məhkəmə qərarları › İş №3(008)-1504/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1504/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1504/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, X2 tərəfindən Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 14-cü PBnin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 14-cü PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə şikayət vermiş şəxs X1 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 14-cü PB-nin nümayəndəsinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, o, özəl müəssədə çalışır və portalda qeydiyyatdan keçmişdir. xx.xx.2020-ci il tarixdə, saat 18:30-da, M.Şəfai küçəsindəki dayanacaqda 131 saylı marşrut avtobusundan düşüb evə gedərkən, açıq havada olduğu üçün üzündəki tibbi maskanı çənəsinin üzərinə sürüşdürmüşdür. Bu zaman dayanacağın arxasında gizlənərək, ərazidə gizli xidmət aparan Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin polis mayoru C.Məmmədov arxadan ona yaxınlaşaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icta hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasını bildirmişdir. Protokolda qeyd olunanlara yazılı surətdə etiraz etsə də, əraziyə çağırılmış Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin polis mayoru R.X5 haqqında MN ******* protokola əsasən İnzibati tənbeh vermə haqqında MN ******* qərarı tərtib edərək bir nüsxəsini ona təqdim etmişdir. Halbuki, polis əməkdaşı birinci növbədə vətəndaşa xəbərdarlıq etməli, polisin tələbinə məhəl qoymadıqda cərimə etməlidir. Göstərilənləri nəzərə alaraq, Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2020-ci il tarixli, MN № ******* seriyalı protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X2 tərəfindən məhkəməyə təqdim olunmadı. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq qə r a r a a l d ı: xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar