Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1508/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ DYPŞ-nin YNH üzrə şöbəsinin inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Balakən rayonu, Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, “SEA BREEZE”-də fəhlə işləyən Balakən rayonu, Talalar kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2, 333-1.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabunçu RPİ DYPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində hərəkətdə olarkən narkotik maddənin təsiri altında sərxoş vəziyyətdə idarə edərkən, qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə hərəkətdə olan “Vaz 21061” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşub sonra zərbədən avtomobil fırlanaraq arxa hissəsi onunla eyni istiqamətdə sağında olan “Daewoo Gentra” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və nəticədə X3 və X2 maddi zərər vurmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2 və 333-1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir.. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində avtomobili idarə edərkən yol sürüşkən olduğundan avtomobil əks istiqamətli yola çıxmış və qarşıdan gələn avtomobillə toqquşmuşdur. Daha sonra maşın fırlanaraq maşının arxası onun sağında olan avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobillərə maddi ziyan vurmuşdur. Müayinə zamanı ondan aşkar olunan narkotik vasitə əvvəllər istifadə etdiyi narkotikin nəticəsi olmuşdur. Hazırki işlə bağlı avtomobil idarə edən zaman narkotik vasitə istifadə etməmişdir. Beləliklə o, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyi, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ DYPŞ-nin YNH üzrə şöbəsinin inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RPİ DYPŞ-nin YNH üzrə şöbəsinin inspektoru, polis leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində hərəkətdə olarkən narkotik maddənin təsiri altında sərxoş vəziyyətdə idarə edərkən, qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə hərəkətdə olan “Vaz 21061” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşub sonra zərbədən avtomobil fırlanaraq arxa hissəsi onunla eyni istiqamətdə sağında olan “Daewoo Gentra” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və nəticədə X3 və X2 maddi zərər vurmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2 və 333-1.3-cü maddələri ilə protokol tərtib edilmişdir; sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli 1/2035 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs MET+, THC+ , yəni narkotik vasitələrin, psixotrop maddələrin təsirindən yaranmış sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli hesabatlardan görünür ki, Lada (vaz) 21061 markalı, 10XR 932 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 842 manat, “Daewoo Gentra” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan isə 1705 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.2. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 333-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Şəxs narkotik vasitədən istifadə edərək sərxoş vəziyyətdə olmadığına dair ifadəsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli 1/2035 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs MET+, THC+ , yəni narkotik vasitələrin, psixotrop maddələrin təsirindən yaranmış sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 18 mart 2025-ci il tarixdən hesablanmalıdır. Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin maddənin dispozisiyasına əsasən İXMnin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs barəsində qeyd edilən halın mövcudluğu öz təsdiqini tapmadığından əməlində AR İXM-nin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırki iş üzrə inzibati xəta isə xx.xx.2025-ci il tarixdə törədilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla barəsində 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «18» mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1508/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1508/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver