Məhkəmə qərarları › İş №3(008)-1512/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1512/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1512/2020 27.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə törətdiyi inzibati xəta haqqında Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Kərimli Qurbanəli tərəfindən inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxılarkən müəyyən olundu ki, xx xxxx 2020-ci il tarixdə Daxili İşlər Nazirliyini 102 xidmətinə daxil olmuş məlumat əsasaında Şəxs polis şöbəsinə dəvət olunmuş, narkoloji müayinədən keçirilmiş və sidiyində narkotik vasitə aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həqiqətən də, narkotik vasitələrdən istifadə etdiyini bildirdi. İş materiallarında olan 1/3944 saylı, xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində OPİ(+) və AMP (+) qrupu preparatları aşkar olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs İXM-nin 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirici halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 206-cı maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan x1 Saxlanılması Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar