Məhkəmə qərarları › İş №3(008)-1520/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1520/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1520/2020 27.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 211.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə törətdiyi inzibati xətalar haqqında Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru Akif Muradov tərəfindən tarixli inzibati xəta haqqında xx.xx.2020-ci il MN ******* saylı və xx.xx.2020-ci il MN ******* saylı protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxılarkən müəyyən olundu ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bigəh qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən yoxlanılan zaman karantin qaydalarını pozduğu müəyyən edilmişdir. Eyni zamanda Şəxs narkoloji müayinədən keçirilmiş və sidiyində narkotik vasitə aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həqiqətən karantin qaydasını pozduğunu və narkotik vasitələrdən istifadə etdiyini bildirdi. İş materiallarında olan 1/3955 saylı, xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində OPİ (+) və THC (+) qrupuna aid preparatlar aşkar edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bu səbəbdən də, Şəxs barəsində tərtib olunmuş xx.xx.2020-ci il MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təkrar inzibati tənbehin tətbiq edilməsi mümkünsüzdür və geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs İXM-nin 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirici halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 206-cı maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material geri qaytarılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan x1 Saxlanılması Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar