Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1532/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Hüquqi şəxs "xxxx" (Şəxs) MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" (Şəxs) MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, vətəndaş X7 ilə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Həmin müəssisədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi ilə çalışmış X2 və xx.xx.2024-cü il tarixdən qüvvədə olan əmək müqaviləsi ilə çalışan X1 şahidliyi əsasında xx.xx.2024-cü il tarixdən T.Qasımovun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətin göstərilməsinə) cəlb olunduğu müəyyən olunmuşdur. Bununla da hüquqi şəxs "xxxx" (Şəxs) MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin səlahiyyətli nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş X7 ilə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-də mühasib işinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq şirkət tərəfindən işlərin görülməsinə cəlb olunmuşdur. Bununla bağlı həmin vaxt qeyd edilən şirkətdə işləyən şəxslərin izhatlatları da alınmışdır. Onlar da Qasımov Turalın xx.xx.2024-cü il tarixinədək həmin şirkətdə işləməsini təsdiq etmişlər. Bundan başqa elektron sistemdən əldə edilmiş məlumatlardan belə məlum olur ki, qeyd edilən şirkətin adı daha sonra dəyişdirilərək Şəxs MMC olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən hüquqi şəxs "xxxx" MMC-nin (Aframe MMC) barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin təsisçisi Nümayəndə izahatında bildirmişdir ki, Tolqa Şahin Şəxs MMC-nin direktoru olmuşdur. Daha sonra Kərimov Anar şirkətin direktoru olmuşdur. Orada işləyən şəxslər Kərimov Anara tabe idi. O, əvvəllər həmin şirkətdə satınalmada çalışmışdır. Qasımov Tural həmin şirkətin mühasibi olmuşdur. Dəqiq tarixi xatırlamasa da, Qasımov Tural təxminən 1 ildən çox həmin şirkətdə çalışmışdır. Kərimov Anar ona demişdir ki, bir müddət şirkətin təsisçisi olacaqdır, buna görə onunla aralarında payın alqı-satqısı barədə müqavilə bağlamışlar. Amma faktiki olaraq bütün rəhbərliyi Kərimov Anar həyata keçirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə hüquqi şəxsin ünvanına rəsmi bildiriş göndərilməsinə baxmayaraq, "xxxx" qeydi ilə zərf geri qaytarılmışdır. Şirkətin direktoru Şahin Tolqanın ünvanına rəsmi bildiriş göndərilməsinə baxmayaraq “bu ünvanda yaşamır” qeydi ilə zərf geri qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" (Şəxs) MMC tərəfindən X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, "xxxx" (Şəxs) MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR ƏƏSMN-nin xx.xx.2024-cü il tarixli müraciət vərəqəsindən görünür ki, X7 tərəfindən nazirliyə müraciət olunaraq Şəxs MMC-dən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə 68.2-ci maddənin “a” bəndinə əsasən xitam verildiyini, vətəndaş ərizə yazmadığını, son haqq hesabın ödənilmədiyini və xx.xx.2024-cü il tarixinə kimi əmək fəaliyyətinə cəlb olunduğunu və şikayətçi olduğunu bildirmişdir. X2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, 2024-cü ilin mart ayından dekabr ayına qədər "xxxx" MMC-də baş mütəxəssis vəzifəsində çalışmışdır. X7 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər MMC tərəfindən işlərin görülməsinə cəlb olunmuşdur. X1 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər "xxxx" MMC-də işləmiş, X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər həmin şirkətdə mühasib vəzifəsində işləmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. “Vergi ödəyicisinin tarixçəsi” barədə sistem məlumatlarından görünür ki, "xxxx" MMCnin adı xx.xx.2024-cü il tarixdən dəyişdirilərək Şəxs MMC olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" (Şəxs) MMC tərəfindən X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi izahatlar və iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" (Şəxs) MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" (Şəxs) MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" (Şəxs) MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1532/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1532/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver