Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1533/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Şəxs MMC-nin direktoru Qanuni nümayəndə1 iştirakı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X6, X3, X7, X4, X1 adlarına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş, həmin şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru Qanuni nümayəndə1 izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslərdən X9, X10, X2 onların şirkətində işləmişdir. Onların hansı dövrlərdə işləməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edir və bildirir ki, qeyd edilən şəxslər qanuni şəkildə işə götürülmüş və işdən azad olunmuşlar. Protokolda adları qeyd edilən digər şəxsləri tanımır. Əmək müqaviləsi bağlamadan heç kimi işğaldan azad olunmuş ərazilərə aparmamış və hər hansı işinin görülməsinə cəlb etməmişlər. Şirkət öz fəaliyyətini qanuni şəkildə həyata keçirmişdir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ilə telefon vasitəsilə əlaqə saxlanıldıqda o, bildirmişdir ki, Şəxs MMCdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operator-sürücü vəzifəsində işləmişdir. Qeyd edilən müddətdən artıq hər hansı işlərin görülməsinə cəlb olunmamışdır. Yalnız yuxarıda qeyd etdiyi tarix aralığında Laçın rayonunda işləmişdir. Şəxs MMC-dən hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında X10 ilə telefon vasitəsilə əlaqə saxlanıldıqda o, bildirmişdir ki, Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücü vəzifəsində işləmişdir. İşlədiyi müddətdə aylıq əmək haqqını da vermişlər. Qeyd edilən müddətdən artıq hər hansı işlərin görülməsinə cəlb olunmamışdır. Yalnız yuxarıda qeyd etdiyi tarix aralığında Laçın rayonunda işləmişdir. Şəxs MMC-dən hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında X9 ilə telefon vasitəsilə əlaqə saxlanıldıqda o, bildirmişdir ki, Şəxs MMCdə yalnız bir gün işləmişdir. xx.xx.2024-cü il tarixdə işə götürülmüşdür. Həmin tarixdə də işdən çıxmışdır. Laçın rayonuna işləmək üçün getsə də, texnika köhnə olduğundan işləyə bilməyib geri qayıtmışdır. Qeyd edilən müddətdən artıq hər hansı işlərin görülməsinə cəlb olunmamışdır. Şəxs MMC-dən hər hansı şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X6, X3, X7, X4, X1 adlarına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş, həmin şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da “Qardaşlar Təmir Tikinti Yol» MMC AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan “əmək müqaviləsinə xitam verilməsi barədə” 24/08 nömrəli əmrdən görünür ki, Şəxs MMC-də “operator” vəzifəsində işləyən X9 ilə bağlanmış xx.xx.2024-cü il tarixli 377SQXX000400 nömrəli əmək müqviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materialında olan “əmək müqaviləsinə xitam verilməsi barədə” 24/09 nömrəli əmrdən görünür ki, Şəxs MMC-də “sürücü” vəzifəsində işləyən X10 ilə bağlanmış xx.xx.2024-cü il tarixli 2CDE3TY000300 nömrəli əmək müqviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materialında olan “əmək müqaviləsinə xitam verilməsi barədə” 24/09 nömrəli əmrdən görünür ki, Şəxs MMC-də “operator sürücü” vəzifəsində işləyən X2 ilə bağlanmış xx.xx.2024-cü il tarixli 7PGKP5G000400 nömrəli əmək müqviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməyə görə, hüquqi şəxslərin, vəzifəli şəxslərin və fiziki şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında X6, X3, X7, X4, X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işğaldan azad olunmuş rayonlara gedilərək orada Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb edilmələri faktı müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən bunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iclasında telefon vasitəsilə əlaqə saxlanılmış X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Laçın rayonunda işlədiyini, X10 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Laçın rayonunda işlədiyini bildirmişlər. X9 isə cəmi 1 gün, yəni xx.xx.2024-cü il tarixdə işə götürüldüyünü, lakin texnika köhnə olduğundan işləmədiyini və geri qayıtdığını bildirmişdir. Yuxarıda qeyd edilən şəxslərin bu tarixlərdən əlavə əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmələrini təsdiq edən sübut protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa həmin şəxslər özü də yalnız müqavilə qüvvədə olduğu dövr ərzində Laçın rayonunda işlədiklərini bildirmişlər. İnzibati xəta haqqında protokolda adları qeyd edilən digər şəxslərə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin şəxslər üçün icazələrin istənilməsi, özü-özlüyündə həmin şəxslərin işğaldan azad olunmuş bölgələrə getməsi, orada hüquqi şəxs tərəfindən əməyə cəlb edilməsi barədə birmənalı və konkret nəticəyə gəlməyə imkan vermir. İcazənin istənilməsi faktı şəxsin inzibati xətanı törətməsi barədə nəticəyə gəlinməsi üçün kifayət deyil. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən həmin şəxslərin DİN informasiya sistemində əldə edilən məlumatlarda göstərilən tarixlərdə həqiqətən həmin bölgələrə gedib-getməməsi, gedilmişdirsə məhz hansı bölgəyə hansı tarixdə getməsi, orada hansı işlərin görülməsinə cəlb olunması, onlara əmək haqqı verilib-verilməməsi müəyyən olunmalı idi. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Bunu sübut etmək vəzifəsi isə nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də məhkəmənin üzərinə düşür. Məhkəmə ehtimallar əsasında qərar qəbul edə bilməz. Əgər bu ehtimalları aradan qaldıracaq kifayət qədər mötəbər sübutlar təqdim olunmayıbsa, məhkəmə bütün şübhələri inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edərək qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1533/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1533/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver