Məhkəmə qərarları › İş №3(008)-1534/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1534/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1534/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Qaralov Kənan Qünyamalı oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, zərərçəkmiş şəxs: xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də, İnsan resursları üzrə mütəxəssis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan - Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1999-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “ fərdi əməklə məşğul olan, Bərdə rayonu, Təhlə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan - Şəxs Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 02 fevral 2025-ci il tarixdə saat təxminən 23 radələrində qardaşı X1 idarə etdiyi Opel Astra markalı **-EL-*** d.q.n-lı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti ilə üzü Y.Əliyev küçəsi istiqamətdə hərəkətdə olduğu zaman Nissan Note markalı **-TB-*** d.q.n-lı avtomobil hərəkətdə olduğu avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol nəqliyyat hadisəsinin baş verməsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, “Nissan Note” markalı **-TB-*** d.q.n-li avtomobili etibarnamə ilə “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 02 fevral 2025-ci il tarixdə saat təxminən 23 radələrində qeyd etdiyi avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ilə üzü Nazim İsmayılov prospekti istiqamətində iki istiqamətli yolda hərəkətdə olduğu zaman baş yolu gözləmədən bir başa yola çıxan zaman baş yolda yəni N.İsmayılov prospektində hərəkətdə olan Opel markalı **-EL-*** d.q.n-lı avtomobil ilə toqquşmuş, nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. Yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumt verilsə də, sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Sabunçu rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli 212 saylı məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs boyun əzələ-bağ aparatının gərilməsi ilə müşayiət olunan boyun-ənsə nahiyəsinin şişkinliyi-qançırı; alt çənə nahiyəsinin sıyrığı və hər iki baldır nahiyəsinin qançırı aşkar edilmiş, xəsarətlər-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 05 mart 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs Məhkəməyə təqdim etdiyi 15 aprel 2025-ci il tarixli Ərizədən görünür ki, istintaqda verdiyi izahatını təsdiqləyir, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. (Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs hadisə ilə bağlı izahat verdiyi zaman izahatında qeyd etdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış və o qeyd olunan məzmunda Ərizənin onun tərəfindən yazıldığını təsdiq edərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bir daha təsdiq etmişdir.) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxin on qarşı heç bir şikayət və tələbinin olmamasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar