Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1536/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, X3 qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin X8 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Sabunçu RPİ-nin təhqiqatçısı Məhəmmədəli Fətəliyevin rədd materialı əsasında tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən piyadalar üçün işıq qırmızı olsa da, bir yaşlı kişi yolu keçmiş və bu zaman ayağı büdrəyərək yerə yıxılmışdır. O isə dərhal avtomobili saxlamış və avtomobildən düşərək şəxsin səhhəti ilə maraqlanmış, başından qan gəldiyini görərək onu avtomobilinə əyləşdirib tibbi müdaxilə üçün xəstəxanaya aparmışdır. Daha sonra polis idarəsindən ona zəng edilərək izahat verməyə çağırmışlar. O hadisəni danışdıqda və verilən sualları cavablandırdıqda polis əməkdaşı kompyuterdə qeydlər aparmışdır. Dediklərinin olduğu kimi yazıldığını düşündüyü üçün çap edilib verilən izahatı oxumamış imzalamışdır. İnzibati xəta haqqında protokol əsassız və qanunsuz olaraq tərtib edilmişdir, hətta onda olan hadisənin görüntüləri də bunu sübut edir. Bir daha qeyd edir ki, o, hər-hansı yol nəqliyyat hadisəsi törətməmiş və idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs vurmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, hadisə Şəxs qeyd etdiyi kimi olmuşdur. O daltozim xəstəliyindən əziyyət çəkir. Rəngləri ayırd edə bilmir, əsas da qırmızı və yaşılı, buna görə yol keçərkən çaşır. Hadisə günü də eyni belə olmuşdur. Xəstəliyi ilə əlaqədar onun ayağına həkimlər tərəfindən kiçik ölçülü balon yerləşdirildiyi üçün o, yeriyərkən tez-tez büdrəyib yıxılır. Belə ki, piyada keçidindən keçərkən bilməyərək avtomobillər üçün olan yola çıxmışdır. Bu zaman yenə də müqavimətini itirib yerə yıxılmış, qaşının üstü partlayaraq qanamağa başlamışdır. Yəni onu heç bir avtomobil vurmamışdır. Əksinə hərəkətdə olan avtomobillər dərhal dayanmışlar. Sonradan adını bildiyi sürücü İbrahim isə avtomobildən düşərək onunla maraqlanmış, xəstəxanaya aparmasını təklif etmişdir. İbrahim onu “Stimul Hosbital” adlı xəstəxanaya aparmış, lakin, həmin xəstəxana bazar günü olması səbəbilə bağlı olduğu üçün başqa xəstəxanaya getmişlər. Orada müayinə olunduqdan sonra İbrahim onu taksi ilə evə yola salmışdır. Əslində o, İbrahimə təşəkkür edir ki, ona belə bir qayğı göstərmişdir. İzahatda da hadisəni bu şəkildə danışmışdır və oxumadan imzalamışdır. İş materiallarında olan izahat ona aid deyildir. Şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ədalətli qərar verməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X8 Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə Sabunçu Rayon Polis İdarəsinin X8 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə X2 Bakıxanov qəsəbəsi ərazisində piyadanın avtomobil tərəfindən vurulması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 Sabunçu Rayon Şöbəsinin 308 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ qaşüstü nahiyənin əzilmiş yarası, sağ göz orbitasının sağ yanağa keçən dərialrı hematoması və sağ gözün ağlı qişasına qansızma müəyyən edildi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunnması məqsədi ilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş DVD diskdəki videogörüntüdən görünür ki, sürücü Şəxs idarə etdiyi avtomobildə quraşdırılmış kamera vasitəsi ilə video qeydiyyat aparılır. Zərərçəkmiş şəxs iti addımlarla yolu keçərkən heç bir kənar təsir olmadan ayağı büdrəyir və üzü üstə yerə yıxılır, sürücü Şəxs isə dərhal idarə etdiyi avtomobili saxlayır və avtomobildən yerə enərək Zərərçəkmiş şəxs yaxınlaşır. Bu zaman ətrafda olan insanlar da yerə yıxılmış Zərərçəkmiş şəxs yaxınlaşırlar. Videogörüntüdə sürücü Şəxs idarə etdiyi avtomobilin Zərərçəkmiş şəxs toxunması müşahidə olunmur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, toplanmış material üzrə işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ümumi sözlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilsə də, sonuncunun həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolda qeyd edilən xüsusatları təsdiq edən iş materiallarında olan sənədlər və ya başqa hər hansı sübutlar müəyyən edilməmiş, konkret olaraq X1 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncunun xəsarət alması faktını təsdiq edən iş üzrə mötəbər sübut hesab edilə biləcək hadisə anının videogörüntüsü Sabunçu Rayon Polis İdarəsinin X8 Şöbəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri izahatları ilə inzibati xəta haqqında protokol ziddiyət təşkil edir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsin ayağının büdrəməsi nəticəsində kənar maneənin təsiri olmadan yıxılaraq xəsarət alması barədə eyni məzmunlu izahatlar verərək onların izahatları bir-birini tamamlamışdır. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını iş faktiki hallarının müəyyən edilməsində mötəbət sübut hesab edir. Bundan əlavə X1 və Zərərçəkmiş şəxs məhkəmə iclasında qeyd etdikləri Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş DVD diskdəki videogörüntü ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi, ümumiyyətlə inzibati xəta hadisəsinin baş verməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(008)-1536/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1536/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver