Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1547/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru polis mayoru Ceyhun Məmmədovunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babayev Asif Yengibar oğlu iştirakları ilə 27.05.1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, ali təhsilli, Kürdəmir rayonu, Atakişili ərazi dairəsi, Atakişili kəndində qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Babayev Asif Yengibar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında 01 aprel 2025-ci il tarixli MN 2255416 saylı protokol tərtib olunaraq baxılması üçün 01.04.2025-ci il tarixli MN 0481661 saylı Qərardadla Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cu Polis Şöbəsinin sahə inspektoru Ceyhun Məmmədov izahatında göstərmişdir ki, Babayev Asif Yengibar oğlu 30.03.2025-ci il tarixində yüksək sürətlə manevrlər etdiyi üçün Dövlət Yol Polis əməkdaşları tərəfindən saxlanılmış, ona yol hərəkət qaydalarını pozduğu bildirilmişdir. Bu zaman Babayev Asif Yengibar oğlu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Babayev Asif Yengibar oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ona məxsus Kia markalı maşını 77-RK- 033 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Dövlət Yol Patrul Xidmətinin əməkdaşları onu saxlamış, səbəb olaraq yüksək sürətlə manevrlər etdiyini bildirmişlər. Ondan maşının açarını tələb etmişlər, o isə əsassız yerə bunu tələb etdiklərini bildirərək, açarı verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş 01 aprel 2025-ci il tarixli MN seriyalı 2255416 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Babayev Asif Yengibar 30 mart 2025-ci il tarixdə Dövlət Yol Patrul xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan 07.02.2025-ci il tarixli, AZA 018087 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Babayev Asif Yengibar oğlu 30.03.2025-ci il tarixində, saat 23:20-də inzibati qaydada tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Babayev Asif Yengibar 30 mart 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Babayev Asif Yengibar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Babayev Asif Yengibar İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Babayev Asif Yengibar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Babayev Asif Yengibar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3ci maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-1547/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1547/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver