Məhkəmə qərarları › İş №3(008)-1553/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1553/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1553/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və 02 aprel 2025-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 10 mart 2025-ci il tarixli MN seriaylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2023-cü il üzrə 2024-cü ildə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməyinə görə Azərbaycan Respulikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 verdiyi izahatdan görünür ki, əvvəllər Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməli olan hüquqi şəxslərin siyahısında olmamış, 2025-ci il tarixdə Maliyyə Nazirliyi bu barədə onlara məlumat vermiş, bundan sonra məlumatları olmuş, bu səbəbdən auditor rəyi Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi həmin məlumatları 09 aprel 2025-ci il tarixdə dərc etdirmişlər. Xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndədi məhkəməyə gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2023-cü il üzrə 2024-cü ildə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hüquqi şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanladığı 03 mart 2025-ci il tarixli məktubundan görünür ki, 2023-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə 10 mart 2025-ci il tarixdə, saat 12:00-da Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılmağı ilə bağlı bildiriş göndərilmişdir; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi şəxs Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə ünvanladığı 11 mart 2025-ci il tarixli bildirişin surətindən görünür ki, hüquqi şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə 2023-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməməsinə görə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi törətdiyi inzibati xəta barədə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 10 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında Protokol”un surəti göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbuat orqanında dərc olunması tələb olunur; 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2023-cü il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2024-cü ildə dərc etdirməmiş və bununla da, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermişdir. Məhkəmə iclasında Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 verdiyi izahatdan görünür ki, əvvəllər Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməli olan hüquqi şəxslərin siyahısında olmamış, 2025-ci il tarixdə Maliyyə Nazirliyi bu barədə onlara məlumat vermiş, bundan sonra məlumatları olmuş, bu səbəbdən auditor rəyi Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi həmin məlumatları 09 aprel 2025-ci il tarixdə dərc etdirmişlər. Xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Buna baxmayaraq, hüquqi şəxs tərəfindən 2023-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə 2024-cü ildə internet səhifəsində və ya mətbuat orqanında dərc edilməli olduğu halda, gecikmə ilə xx.xx.2025ci il tarixdə dərc edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 02 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş 10 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Məhkəmə iclasında Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 462.1 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar