Məhkəmə qərarları › İş №3(008)-1556/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1556/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1556/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Hüseynov Azad Cəbrayıl oğlunun iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı Dövlət Yol Polisi İdarəsinin 25.02.2024-cü il tarixli qərarından Hüseynov Azad Cəbrayıl oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseynov Azad Cəbrayıl oğlu şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı Dövlət Yol Polisi İdarəsinin 25.02.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Hüseynov Azad Cəbrayıl oğlunun inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş digər materiallara baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən “Chevlolet Cruze” markalı 99-EH-345 dövlət qeydiyyat nişanlı avtomobili o idarə etməmişdir. Bu fakt xüsusi texniki vasitələrlə qeydə alınmış foto və video materallarla təsdiq edilir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Hüseynov Azad Cəbrayıl oğlu Sabunçu Rayon Məhkəməsinə ərizə təqdim edərək şikayətə mahiyyəti üzrə baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayətçi Hüseynov Azad Cəbrayıl oğlunun inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Hüseynov Azad Cəbrayıl oğlunun Azərbaycan Respublikası DİN Bakı Dövlət Yol Polisi İdarəsinin 25.02.2024-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər Hüseynov Azad Cəbrayıl oğluna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar