Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1562/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 iştirakları ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə 2022-ci (illik) istehsal (tikinti) malların istehsalı, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında hesabatı vaxtında, yəni mart ayının 15-nə kimi təqdim etməmişdir. Bu səbəbdən də təmsil etdiyi İdarə tərəfindən şirkət barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 izahatında göstərmişdir ki, təmsil etdiyi şirkət tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, təmsil etiyi şirkət tərəfindən 2022-ci il üzrə aylıq hesabatlar hər ay Statistika İdarəsinə təqdim edilmiş, təqdim edilmiş hesabatların surətini məhkəməyə təqdim edir. Sadəcə şirkətlə İdarə arasında kod uyğunsuzluğu olduğundan ola bilər ki, Statistika İdarəsi tərəfindən bu hallar nəzərə alınmamışdır. Bunlara əsasən hesab edir ki, təmsil etdiyi şirkətin hərəkətlərində inzibati xətanın tərkibi yoxdur. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin və Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinnin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə inziabti işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə halda məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialın icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1562/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1562/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver