Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1563/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən “Makro 2000 X1 İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi, vəkil X3 iştirakı ilə, “Makro 2000 X1 İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən “Makro 2000 X1 İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 499.1.5-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 17 mart 2023-cü il tarixli, 00100-00752/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, Balaxanı-Binəqədi şossesi ünvanında qeydiyyatda olan “Makro 2000 X2 İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********4718 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 1 ədəd “xəritələmə kamerası” yükünün ölkə ərazisində qalma müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, lakin, qeyd olunan yüklərin müvəqqəti idxal müddətinin uzadılması, digər gömrük prosedurunda rəsmiləşdirilməsi və va gömrük ərazisindən aparılması barədə gömrük orqanına heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı müvəqqəti idxal müddəti basa çatdıqdan 1 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə qeyd edilən malların sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi ücün Bakı Bas Gömrük İdarəsinə **********3228 sorğu nömrəli gömrük bəyannaməsinin verildiyi aşkar edilmişdir. “Makro 2000 X1 İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsininin təhqiqatçısı X4 tərəfindən MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən “Makro 2000 X1 İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi, vəkil X5 izahatında göstərmişdir ki, təmsil etdiyi şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Çünki qeyd olunan inzibati xəta hadisəsin protokolda 2019-cu ildə baş verildiyi qeyd olunsada, şirkət barəsində inzibati xəta haqqında protokol xeyli müddət keçdikdən sonra, 2023-cü il tarixdə tərtib edilmişdir. Protokol tərtib olunarkən cəmiyyətin direktorunun iştirakı təmin edilməmişdir. Hesab edir ki, tərəflərindən heç bir inzibati xəta törənməmişdir. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəməyə təqdim edilmiş inzibati materiallardan görünür ki, “Makro 2000 X1 İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2019cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 1 ədəd “xəritələmə kamerası” yükünün ölkə ərazisində qalma müddəti xx.xx.2020-ci il tarixdə başa çatsada, şirkət barəsində 17 mart 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edildiyindən inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: “Makro 2000 X1 İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1563/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1563/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver