Məhkəmə qərarları › İş №3(008)-1583/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1583/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1583/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsində yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər, Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Xətai rayon Rayon Məhkəməsinin 2(011)-2579/2014 saylı, xx xxx 2014cü il tarixli icra vərəqəsini icra etmədiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsindən inzibati material daxil olmuşdur. Bu barədə Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Xətai rayon Rayon Məhkəməsinin 2(011)-2579/2014 saylı, xx xxx 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs və X3 müştərək qaydada 3982 manat tutularaq tələbkar X2 verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 göstərmişdir ki, Bakı şəhər Xətai rayon Rayon Məhkəməsinin 2(011)-2579/2014 saylı, xx xxx 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs və X3 müştərək qaydada 3982 manat tutularaq tələbkar X2 verilməlidir. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək borclu Şəxs xəbərdarlıq edilmişdir. Borclu borc məbləğinin müəyyən hissəsini ödəmişdir. Şəxs bu günə qədər yaranmış borcu tam ödəməkdən yayınır. Borclu Şəxs icra vərəqəsinin icrasından yayındığı üçün, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır. Lakin borcu tam şəkildə ödəməyə imkanı yoxdur. Heç bir yerdə işləmir. Borcu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs borcu ödəməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlaməti olmadığından inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxs X2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməmişvə işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, icra məmuru məhkəmə iclasında borclunun borcun bir hissəsini ödədiyini bildirsədə, ödəniş barədə qəbzləri məhkəməyə təqdim etməmiş, eyni zamanda yekun borc məbləği barədə dəqiq məlumatlar protokolda qeyd olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Sabunçu rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar