Məhkəmə qərarları › İş №3(008)-1588/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1588/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1588/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlu, Şəxs barəsində olan materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gülarə Mustafayeva tərəfindən tərtib olunmuş MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol baxılmas ıüçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gülarə Mustafayeva tərəfindən təqdim edilmiş protokol Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib olunmuş protokolda inzibati xətanın mahiyyəti qeyd olunmamışdır. Qeyd edilən çatışmamazlıqlarla əlaqədar Şəxs barəsində tərtib olunmuş protokol üzrə işə baxılması mümkün deyildir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-118-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli protokol və digər sənədlər icraata qəbul edilmədən Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar