Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1590/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 20-də yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində qəbul edilmiş inzibati cərimə qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Bu barədə Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən MN №0391844 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki,Şəxs Azərbaycan Respublikası İXM-nin 228.0.2 və 228.0.3-cü maddələri ilə təqsirli bilinərək İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin xx xxxxxx 2011-ci il tarixli, 003103 saylı qərarı ilə 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Lakin bu günə qədər icra sənədi Şəxs tərəfindən icra olunmamışdır. Ona görə də borclu barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun maddi vəziyyəti yaxşı deyil. Karantin rejimi ilə əlaqədar heç bir yerdə işləmir. Ona görə də, cərimə borcunu ödəməyə maddi imkanı çatmır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 529.1-ci maddəsinin tərkibi olsa da, məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında tənbeh tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyindən barəsində inzibati xəta haqqında tənbeh tətbiq edilə bilməz və belə olan halda başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində qərar xx xxxxxx 2011-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökümət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeyd alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumtaların verilməməsinə, qeyri hökümət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitəlrinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər (11 iyul 2000-ci il tarixdə qüvvəyə minmiş). X5 Məcəlləsinin 37.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən 01 il ərzində yeni inziabti xəta törətməmişsə, o inzibati məsuliyyətə cəlb edilməmiş sayılır (11 iyul 2000-ci il tarixdə qüvvəyə minmiş). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Göründüyü kimi, hazırki vəziyyətdə Şəxs barəsində tərtib edilmiş protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53.0.2, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və verildiyi gündən işə baxan Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1590/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1590/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver