Məhkəmə qərarları › İş №3(008)-1603/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1603/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1603/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİ-nin X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı Şəhər BPİ-nin X7 İdarəsindən daxil olmuş 31 mart 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, TOYOTA PRİUS (HİBRİD) minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində hərəkətdə olarkən avtomobilin qabaq hissəsi ilə Lexus minik markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər BPİnin X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 ifadəsində göstərdi ki, TOYOTA PRİUS və Lexus minik markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi tərəfindən araşdırılmış, araşdırma zamanı TOYOTA PRİUS (HİBRİD) minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində hərəkətdə olarkən avtomobilin qabaq hissəsi ilə Lexus minik markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Maddi ziyanın məbləği vizual baxış zamanı təxminən 1000 (bir min) manat civarında müəyyən olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, Baş X7 İdarəsinin X1 məlumatlara əsasən sürücü Şəxs cərimə balları toplandığına görə BDYPİ-nin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən sürücülük hüququ məhdudlaşdırılmış, lakin sürücülük vəsiqəsi təqdim olunmamışdır. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3 və 332.4-cü maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində əlavə yolda hərəkətdə olarkən “yol ver” yol nişanının tələbini pozaraq soldan gələn Lexus minik markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyan vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamış, hadisədən əvvəl spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 mart 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, TOYOTA PRİUS (HİBRİD) minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində hərəkətdə olarkən avtomobilin qabaq hissəsi ilə Lexus minik markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı Şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ inspektoru, polis kapitanı Nicat Cəlilov tərəfindən Şəxs və X3 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində baş vermiş, TOYOTA PRİUS (HİBRİD) minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil manevretmə qaydalarını pozaraq avtomobilin qabaq hissəi ilə Lexus minik markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə maddi ziyan vurmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 327.2 və 332.3-cü maddələri nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanı törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, İXM-nin 327.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs İXM-nin 327.2 və 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar