Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1605/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə MN ******* saylı, 03 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 28 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati icraat aparılan şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq polis əməkdaşı Şəxs zərərçəkmiş şəxsi telefon vasitəsi ilə və “Whatsapp” sosial şəbəkəsində söyərək təhqir etdiyini bildirmiş, onun həmin əməli ilə hansı ictimai qaydanın pozulması ilə bağlı verilmiş suala cavab verə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həyat yoldaşı onun mağazasında satıcı kimi fəaliyyət göstərmişdir. Analıq məzuniyyətinə çıxarkən mağazanın mallarını əskik təhvil vermişdir. Bu zaman onun vəziyyətini nəzərə alaraq ona bu barədə heç nə deməmişdir, lakin bir müddət sonra borcunu tələb etdikdə satıcının həyat yoldaşı Şəxs ilə mübahisələri yaranmış və Şəxs whatsapp proqramında yazışmalarda və səs yazısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmiş və onu təhdid etmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, özünü AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilmir. Belə ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşından borcunu tələb etdikdə o, buna qarşı çıxmış, heç bir borcun olmadığını qeyd edərək onunla mübahisə etmiş və bir az kobud danışmışdır. Lakin o, ictimai qaydanı pozan heç bir hərəkətə yol verməmiş, ictimai yerdə zərərçəkmiş şəxslə mübahisə etməmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 03 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 28 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Zərərçəkmiş şəxs yazılı izahatından görünür ki, o, həmin izahatında Zərərçəkmiş şəxs ilə Whatsapp” sosial şəbəkəsində səs yazışmaları zamanı əsəbi olduğundan ona qarşı etikadan kənar sözlər işlətmiş və həmin əməlinə görə peşmandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olmaması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, AR İXM-nin 510-cu maddəsinin tərkibinin yaranmasının əsas və yeganə şərti şəxsin əməli ilə ictimai qaydanın pozulmasının müəyyən edilməsidir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ictimai qaydanın pozulmasının nədə ifadə olunması ümumiyyətlə öz əksini tapmamış, məhkəmə iclasında isə barəsində inzibati qaydada icraat aparılan şəxsin hərəkətləri ilə ictimai qaydanın ümumiyyətlə pozulmadığı müəyyən edilmişdir. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Hazırki halda Şəxs zərərçəkmiş şəxslə telefon vasitəsilə və ya sosial şəbəkədə şəxsi yazışmalar zamanı mübahisə etməsi, mübahisə əsnasında qeyri-etik söz söyləməsi cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasına səbəb olmamışdır ki, belə olan halda Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. Göründüyü kimi, nə tərəflərin izahatları, nə də iş materiallarında olan sənədlər və sübutlarla Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Odur ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin dispozisiyasına əsasən yalnız ictimai qaydanı pozan hərəkətlər inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən Şəxs tərəfindən ictimai qaydanın pozulması halının mövcudluğu istisna olunduğundan və bununla da Şəxsnın əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1605/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1605/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver