Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1607/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, X1 iclas katibliyi, X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi vasitəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli elektron qərarın ləğvi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi vasitəsilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “VAZ 2105 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili uzun illər əvvəl satmış, etibarnamənin vaxtı bitdiyi üçün sonuncu dəfə 2018-ci ildə alıcıya etibarnamə vermişdir. Yəni ki, avtomobili uzun müddətdir o idarə etmir. Lakin alan adam avtomobili öz adına rəsmiləşdirmədiyi üçün və verilən sonuncu etibarnamənin müddəti bitdiyi üçün onun törətdiyi yol hərəkəti pozuntuları ilə bağlı inzibati xətalara dair elektron protokollar onun adına tərtib olunur. Avtomobilin tapılması üçün polis orqanına rəsmi müraciət də etmişdir. Belə ki sözügedən, “VAZ 2105 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində hərəkətdə olarkən törətdiyi inzibati xətaya görə xx.xx.2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və o İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Halbuki avtomobili idarə edən şəxs o olmamış. Bu video müşahidə kameralarından aydın şəkildə görünə bilər. Qeyd olunanlara əsasən hesab edir ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli elektron qərardan görünür ki, X4 “VAZ 2105” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini avtonəqliyyat vasitəsini sahibləri tərəfindən sığortacı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir; “Elektron notariat” avtomatlaşdırılmış inforrmasiya sistemindənki çıxarışdan görünür ki, X4 “VAZ 2105” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2017-ci il tarixdə sərəncam hüququ ilə X3 etibar etmiş, etibarnamənin qüvvədən düşmə tarixi xx.xx.2018-ci ildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini avtonəqliyyat vasitəsini sahibləri tərəfindən sığortacı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - əlli manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X4 “VAZ 2105” minik markalı **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sığorta edirməməsi və o, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi vasitəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli elektron qərara əsasən X4 avtonəqliyyat vasitəsini sahibləri tərəfindən sığortacı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X4 izahat verərək ümumiyyətlə heç bir qayda pozuntusuna yol vermədiyini, avtomobili uzun illər əvvəl satdığını, sonuncu dəfə 2017-ci ildə alıcıya etibarnamə verdiyini, avtomobilin onun istifadəsində olmadığını bildirmişdir. Lakin avtomobili alan şəxs avtomobili öz adına rəsmiləşdirmədiyi üçün verilən sonuncu etibarnamənin müddəti bitdiyindən onun törətdiyi yol hərəkəti pozuntuları ilə bağlı inzibati xətalara dair elektron protokollar onun adına tərtib edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edildiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2021-ci il tarixl qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X4 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə dəfələrlə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-nin 469.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi vasitəsilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli elektron qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-1607/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1607/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver