Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1611/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə AR ƏƏSMN X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv olunmasına dair "xxxx" MMCnin direktoru X1 şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin direktoru X4 barəsində tərtib edilmiş ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X6 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar barəsində şirkətin direktoruna xx.xx.2025-ci il tarixdə sms vasitəsilə məlumat verildiyini, daha sonra DƏMX yaxınlaşaraq qərarı xx.xx.2025-ci il tarixdə əlbəəl götürdüklərini, bunu təsdiq etmək üçün poçt zərfinin surətini onlardan götürdüklərini, qərardan şikayət verilməsi müddətini ötürmədiklərini qeyd edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. "xxxx" MMC-nin direktoru X4 ərizə ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunmasını xahiş etmişdir. Lakin qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxa bilər. Bundan başqa ərizəyə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə əldə etməsini təsdiq edən sübut kimi poçt zərfinin surətini təqdim etmişdir. Lakin həmin poçt zərfinin üzərindəki möhürdə xx.xx.2025-ci il tarixi qeyd edilmişdir. Bu isə həmin zərfin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın göndərilməsinə dair zərf olmasını istisna edir. AR ƏƏSMN X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş qərarın göndərilməsi barədə sənədin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın bir nüsxəsi "xxxx" MMC-nin direktoru X2 xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X1 şikayət ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə şikayət verən şəxsə izah edir ki, qərardan şikayət verilmə müddəti üzrlü səbəbdən ötürüldüyü halda bunu təsdiq edən sübutları əlavə etməklə müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: AR ƏƏSMN X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv olunmasına dair "xxxx" MMCnin direktoru X4 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1611/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1611/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver