Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1612/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Rafiq oğlunun sədrliyi, X3 qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxsn Bakı Sukanal İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən Şəxs Bakı Sukanal İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-in 233.1 və 237.2-ci maddələri ilə MN seriyalı ******* nömrəli, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 32 ədəd sosial evlərdə formalaşan tullantı suları 8 (səkkiz) ədəd tullantı təmizləyici qurğuya verilsə də, hər hansı bir təmizləmə aparılmadan açıq torpaq kanalına buraxılmışdır. Nəticədə Şəxsn Bakı Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edərək Şəxsn Bakı Sukanal İdarəsinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsn nümayəndəsi Bakı Sukanal İdarəsinin hüquq şöbəsinin rəisi Nümayəndə izahatında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, inzibati xəta haqqında protokol hüquqi şəxs barəsində tətbiq olunmalıdır, lakin Bakı Sukanal İdarəsi hüquqi şəxs deyil. Bu da onların əsasnaməsi ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq Şəxsn Bakı Sukanal İdarəsi inzibati xətanın subyekti olmadığına görə, barəsində xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Şəxs Bakı Sukanal İdarəsinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli, 17 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında protokol”undan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 32 ədəd sosial evlərdə formalaşan tullantı suları 8 (səkkiz) ədəd tullantı təmizləyici qurğuya verilsə də, hər hansı bir təmizləmə aparılmadan açıq torpaq kanalına buraxılmışdır. Nəticədə Şəxsn Bakı Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şəxsn Bakı Sukanal İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə görə, Bakı Sukanal İdarəsi (bundan sonra “İdarə” adlandırılacaq) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 002/f nömrəli xx.xx.2024-cü il tarixli əmri və Şəxsn (bundan sonra “Xidmət” adlandırılacaq) 09 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə Xidmətin struktur vahidi olaraq təsdiq edilmişdir. Həmin Əsasnamənin 2.1-ci bəndinə görə, “İdarə” hüquqi şəxs statusuna malik olmayan struktur bölmə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN seriyalı ******* nömrəli, 17 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında protokol” Şəxsn Bakı Sukanal İdarəsinin barəsində tərtib olunmuşdur. Şəxsn Bakı Sukanal İdarəsinin Əsasnaməsinin 2.1-ci bəndindən görünür ki, Bakı Sukanal İdarəsi hüquqi şəxs statusuna malik olmayan struktur bölmə kimi fəaliyyət göstərir. Məhkəmə qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır və natamam araşdırma aparmaqla Şəxsn Bakı Sukanal İdarəsinin barəsində əsassız olaraq “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsi inzibati məsuliyyətin yaranmasına səbəb ola bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə səhvə yol verərək hüquqi şəxs olmayan Şəxsn Bakı Sukanal İdarəsinin barəsində “İnzibati xəta haqqında protokol” tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Şəxsn Bakı Sukanal İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsn Bakı Sukanal İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(008)-1612/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1612/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver