Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1614/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 164-də qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,, müəyyən etdi: Vət.Şəxs xx.xx.2021-ci il tarixdə Zabrat qəsəbəsi Babək küçəsində vətəndaş X5 məxsus dəyəri 300 manat olan velosiped oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, X3 tərəfindən MN № ******* aylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 göstərmişdir ki, vət. Şəxs xx.xx.2021-ci il tarixdə Zabrat qəsəbəsi Babək küçəsində vətəndaş X5 məxsus dəyəri 300 manat olan velosiped oğurlamışdır. X1 şikayəti əsasında tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, törətdiyi əməldən peşmandır. Velosipedi oğurlamaq fikri olmamaışdır. Sonradan götürdüyü velosipedi sahibinə geri qaytarmışdır. Söz verir ki, bir daha belə əməllərə yol verməyəcək. Məhkəmə iclasında müdafiəçi Vəkil: hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peşman olmasını nəzərə alaraq inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs götürdüyü velosipedi sahibinə geri qaytardığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsin geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1614/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1614/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver