Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1614/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.6-cı maddələri ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 25 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə tarixdə saat 21:58 radələrində Bakı şəhəri Sabunçu rayonu Şəhər şossesində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş Zərərçəkmiş şəxs vurmuş və nəticədə O, yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs iş materiallarında olan izahatından görünür ki, qohumu X2 məxsus “Chevrolet Monza" markalı **-YS-*** d.q n-lı avtomobili onun iştirakı ilə idarə edən zaman xx.xx.2025-ci il tarixdə saat təxminən 23 radələrındə qeyd etdilən avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi iki istiqamətli üç zolaqlı yolda ikinci zolaqla üzü Zabrat qəsəbəsi istiqamətində saatda təxminən 40-50 kilometr sürətlə hərəkətdə olarkən onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan Vaz 2107 markalı **-BX-*** d.q n-lı avtomobil anidən əyləc sistemindən istifadə etdiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsindən vurduqdan sonra o da qarşısında hərəkətdə olan Hundai Accent markalı **- SC-*** d.q.n-li avtomobili vuraraq dayanmışdır. Daha sonra hadisə yerdən uzaqlaşaraq getmiş və baş vermiş hadisə nəticəsində bədən xəsarəti almamışdır. Hadisə nəticəsində zərərçəkən şəxs Zərərçəkmiş şəxs iş materiallarında olan izahatından görünür ki, 25 yanvar 2025-ci il tarixdə saat təxminən 23 radələrində həyat yoldaşı X3 məxsus Vaz 2107 markalı **-BX-*** d.q.n-lı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesində hərəkətdə olduqları zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə zamanı O, baş nahiyyəsindən xəsarət almışdır. Zərəçəəkən şəxsin onlayn qaydada məhkəmə iclasında iştirakı təmin edilmiş və o bildirmişdir ki, hadisədən sonra həmin avtomobilin sürücüsü onu axtarmamış, vəziyyəti ilə maraqlanmamışdır. Xəstəxanaya və sahhətinin sağalması üçün ümumilikdə 820 manat xərci cıxmış, məbləğin 600 manatı icbari tibbi sığorta tərəfindən qarşılanmış, lakin 280 manatını isə öz büdcəsindən xərcləmişdir. Aralarında 280 manat dəymiş ziyan məbləğinin ödəniləcəyi halda ondan şikayəti olmayacağını bildirdiyi halda Şəxs ödəniş üçün maddi imkanının olmadığını bildirmiş və onlarla kobud danışmışdır. Nəticə etibarilə Şəxs ilə razılığa gələ bilməmişlər, buna görə də dəyən zərərin qarşılanmasını Şəxs tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 175 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayət olunan sağ gicgah-təpə nahiyəsinin şişkinliyi-qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Altay Məmmədov tərəfindən «xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, yol-nəqliyyat hadisəsini törədərək zərərçəkmiş şəxsin sağlamlığına YÜNGÜL dərəcəli bədən xəsarəti yetirməsi və hadisə yerindən yayınmasına görə “Chevrolet Monza” markalı **-YS-*** d.q.n-lı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddələrinin əlamətlərinin olmasını nəzərə alaraq inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 25 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Dövlət X6 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Dövlət X6 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-1614/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1614/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver