Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1615/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Sabirabad rayonu, Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, ailəli, Sumqayıt şəhəri, X8, ev 4245 F ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-da etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobili ilə Balaxanı – Binəqədi yolunda hərəkətdə olarkən, metroloji yol şəraitini nəzərə almayıb, qarşı yola çıxmaqla manevr qaydasını pozub idarəetməni itirərək əks istiqamətdə düzünə hərəkət edən “Hyundai Elantra” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobil zədələnmiş və sonuncu avtomobildə olan sərnişinlər yüngül bədən xəsarəti almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “Mercedes Benz” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobili, etibarnamə ilə, BD 005428 seriyalı “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 14 fevral 2025-ci il tarixdə saat təxminən 11 radələrində avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı yolu ilə iki istiqamətli yolda üzü Balaxanı qəsəbəsi istiqamətində saatda təxminən 50-60 kilometr sürətlə hərəkətdə olduğu zaman yağmurlu hava şəraiti olduğundan anidən idarə etdiyi avtomobil yolun sağ kənarına çıxdıqdan sonra idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “Hundai Elantra” markalı, **- BB-*** d.q.n-lı avtomobilin yoluna keçərək avtomobilin ön hissəsi ilə həmin avtomobilin ön sol qanad və ön sol qapı hissəsindən vurduqdan sonra dayanmışdır. Hadisə nəticəsində onun avtomobilində olan həyat yoldaşı X2 və digər avtomobildə olan şəxslər xəsarət almışlar. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Qazancı avtomobildən çıxır. Belə ki, o təsərrüfatla məşğuldur. Ona görə nələrisə almaq və daşımaq üçün avtomobil ona lazım olur. Məhkəmədən qeyd edilənləri nəzərə alıb barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxslərə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Fuad oğlu telefon vasitəsilə əlaqə saxlanıldıqda zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edə bilməyəcəyini, digər zərərçəkmiş şəxslərin onun ailə üzvü olduğunu, heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs2 və digərlərinin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Mercedes Benz” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 296 saylı ekspert rəyinin surətindən görünür ki, X1 baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin əzilmiş yarası, sağ göz almasının ağlı qişasına qansızma və sağ gözyuvasıətrafı nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 297 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 sol-gicgah qulaq seyvanı nahiyəsinin hematoması-sıyrığı, alın nahiyəsinin qançırı, qaşarası, burun, sol gözyuvasıaltı və sağ baldır nahiyələrinin səyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 298 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin hematoması; sol dirsək və döş qəfəsi nahiyələrinin qançırı müəyyən edilmişdir. Xəsarətlərin bərk küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bildiyi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 299 saylı ekspert rəyinin surətindən görünür ki, X3 baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin şişkinliyi-qançırı; sol göz almasının ağlı qişasına qansızam, sol gözyuvasıətrafı nahiyənin qançırı və sol gözyuvasıaltı nahiyənin sıyrığı, sağ baldır nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 300 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 sol göz almasının ağlı qişasına qansızma, sol gözyuvasıətrafı-alın, sağ ayaq pəncəsi nahiyələrin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2021-cü il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2031-ci il tarixədək qüvvədə olan B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X5 tərəfindən qeyd edilən tarixdə Şəxs “Mercedes E 280 minik” markalı, **-DR-*** d.q.n-lı avtomobilin xx.xx.2031-ci il tarixədək idarə edilməsinə dair etibarnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1615/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1615/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver