Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1618/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyət götürülməsinə dair X1 şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyət götürülməsinə dair Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verə bilər. İş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, X1 mülkiyyətində olan “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs barədə AR DİN-nin Baş Dövlət X4 qərarı əlavə edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin dispozisiyasında qeyd edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı və 128.2.3cü maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən işə baxan Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1618/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1618/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver