Məhkəmə qərarları › İş №3(008)-1618/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1618/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1618/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X8 qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakıxanov qəsəbəsində, B.Bünyadov küçəsilə hərəkətdə olarkən, soldan ara məhəllədən qarşısına çıxıb, qoşa xəttin tələbini pozub, sola dönən “HYUNDAİ SONATA” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmamaq üçün qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə düzünə hərəkətdə olan “MİTSUBİSHİ OUTLONDER” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. Nəticədə hər iki avtomobillər zədələnmiş və avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o BC dərəcəli sürücülük hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində o özünə məxsus idarə etdiyi Ford Fusion markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi ilə üzü Bakıxanov Dəmiryol stansiyası istiqamətində sağ tərəfdən ikinci zolaqla təxminən 60-70 km saat sürətlə hərəkətdə olarkən yolun sol hissəsində yerləşən ikinci dərəcəli yoldan qara rəngli Hyundai Sonata markalı dövlət qeydiyyat nişanlı bilmədiyi avtomobil düz qoşa xəttin tələbini pozaraq dönüş edib qarşısına çıxmasını təxminən 6-7 metr məsafədə gördükdə hadisənin qarşısını almaq üçün sükanı qarşı əks zolağa doğru isqtiqamətləndirmişdir. Həmin vaxtı qarşı əks zolaqda hərəkətdə olan avtomobilin olmasını görərək yenidən sükanı tam sol zolağa doğru istiqamətləndirmişdir. Bu zaman qarşı əks zolaqda hərəkətdə olan Mitsubishi Outlander markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı qarşıya toqquşaraq X6 baş vermişdir. Hadisə zamanı zərbədən o və avtomobil sərnişin qismində olan iş yoldaşı Zərərçəkmiş şəxs müxtəlif dərəcəli xəsarətlər alaraq o və Zərərçəkmiş şəxs digər avtomobil ilə Stimul Kliniksına gedərək müayinə olunmuşlar. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxnaov qəsəbəsi, Bəşir Bünyatov küçəsi üzü Bakıxanov Dəmiryol Stansiyası istiqamətində yol 2 gediş və 2 gəliş olmaqla, iki istiqamətli, 4 zolaqlı, düz hamar, maksimum 50 km saat sürətlə və yol nişanları ilə tənzimlənən yoldur.Qeyd olunan tarixdə spirtli icki və ya psixotrop maddə qəbul etməmişdir. Ford Fusion markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində hec bir çəkidə yük olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobilin qabaq oturacaqda iş yoldaşı Zərərçəkmiş şəxs və arxa otracqda X3 olmuşdur. İdarə etdiyi Ford Fussion markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur.xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi Ford Fusion markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi ilə üzü Dəmiryol stansiyası istiqamətində sağ tərəfdən ikinci zolaqla düznə hərəkətdə olarkən, hərəkətdə olduğum yolun sol hissəsində ikinci dərəcəli yolda hərəkətdə olan Hyundai Sonata markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil düz qoşa xəttin tələbini pozaraq dönüş edib qarşısına çıxmasını təxminən 6-7 metr məsafədə gördükdə hadisənin qarşısını almaq üçün sükanı sol qarşı əks zolağa doğru istiqamətləndirmişdir. Həmin vaxt idarə etdiyi avtomobil ilə Hyundai Sonata markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma və ya hər hansı təmas olmadan qaşrı əks zolaqda hərəkətdə olan Mitsubishi markalı avtomobil ilə qarşı qarşıya toqquşaraq X6 baş vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində iş yoldaşı Şəxs idarə etdiyi Ford Fusion markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi ilə üzü Bakıxanov Dəmiryol stansiyası istiqamətində sağ tərəfdən ikinci zolaqla bilmədiyi sürətlə hərəkətdə olarkən yolun sol hissəsində yerləşən ikinci dərəcəli yoldan qara rəngli Hyundai Sonata markalı dövlət qeydiyyat nişanlı bilmədiyi avtomobil düz qoşa xəttin tələbini pozaraq dönüş edib qarşılarına çıxmasını təxminən 6-7 metr məsafədə gördükdə Şəxs hadisənin qarşısını almaq üçün sükanı qarşı əks zolağa doğru istiqamətləndirmişdi.Həmin vaxtı qarşı əks zolaqda hərəkətdə olan avtomobilin olmasını görərək yenidən sükanı tam sol zolağa doğru istiqamətləndirmişdir.Bu zaman qarşı əks zolaqda hərəkətdə olan Mitsubishi Outlander markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı qarşıya toqquşaraq YNH-i baş vermişdi. Hadisə zamanı zərbədən o və avtomobil idarə edən Babaəli Ababsov müxtəlif dərəcəli xəsarətlər alaraq digər avtomobil ilə Stimul Klinikasına gedərək müayinə olunmuşlar.Sabunçu rayonu, Bakıxnaov qəsəbəsi, Bəşir Bünyatov küçəsi üzü Bakıxanov Dəmiryol Stansiyası istiqamətində yol 2 gediş və 2 gəliş olmaqla, iki istiqamətli, 4 zolaqlı, düz hamar, maksimum 50 km saat sürətlə və yol nişanları ilə tənzimlənən yoldur. Qeyd olunan tarixdə Ford Fussion markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində hec bir çəkidə yük olmamışdır. Hadisə zamanı avtomobili Şəxs idarə etmişdir. Hadisə zamanı o və X1 qismində olmuşlar. xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində iş yoldaşı Şəxs idarə etdiyi Ford Fusion markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi ilə üzü Dəmiryol stansiyası istiqamətində sağ tərəfdən ikinci zolaqla düzünə hərəkətdə olarkən, hərəkətdə olduqları yolun sol hissəsində ikinci dərəcəli yolda hərəkətdə olan Hyundai Sonata markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil düz qoşa xəttin tələbini pozaraq dönüş edib qarşılarına çıxmasını təxminən 6-7 metr məsafədə gördükdə sürücü Şəxs hadisənin qarşısını almaq üçün sükanı sol qarşı əks zolağa doğru istiqamətləndirmişdir.Həmin vaxtı Şəxs idarə etdiyi Ford Fusion markalı avtomobil ilə Hyundai Sonata markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma və ya hər hansısa təmas olmadan əks zolaqda hərəkətdə olan Mitsubishi markalı avtomobil ilə qarşı-qarşıya toqquşaraq X6 baş vermişdir. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli 367 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Şəxs sağ mil sümüyünün distal (aşağı) ucunun yerini qapalı sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli 368 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol gözyuvasıətrafı nahiyədə qançırla müşayiət olunangözün üst qapağının əzilmiş-cırılmış yarası müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs və Şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; 07 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmış və onunla bağlı heç bir şikayət və tələbi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM- 32.1.1), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar