Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1659/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25288340 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Baş X9 İdarəsinin 30 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25288340 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. 43 ildən artıq sürücülük təcrübəsi var və 43 ildir ki avtomobil idarə edir. ASANPAY ona SMS gələrək cəriməsi olduğu və 2 aydır ki ödənilmədiyi, odur ki, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edildiyi qeyd edilmişdir. Onun hər hansı cəriməsi olmadığı üçün bunu aydınlaşdırmaqdan ötrü X9 idarəsinə yaxınlaşıb SMS-i göstərmişdir. Orada ona DAEWOO BS090 markalı ** JR *** dövlət qeydiyyat nişanlı avtobusa cərimə gəldiyi, ödənilmədiyi üçün saxlanılma qərarı çıxarıldığı bildirilmişdir. Elə yerindəcə o belə bir nəqliyyat vasitəsini idarə etmədiyini, qeyd edilən avtobusa heç bir zaman sürmədiyini, həmin avtobusun kimə məxsus olduğu bilmədiyini və bununla bağlı hər hansı etibarnaməsi olmadığını bildirdi. Buna baxmayaraq heç bir nəticəsi olmadı. Sonra dəfələrlə müraciət etdikdən sonra barəsində tərtib edilmiş qərarları ona təqdim etdilər. O hazırda məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Belə ki, qərar ləğv olunmadığı halda sürücülük hüququ tanımadığı, sürmədiyi, etibarnaməsi olmadığı halda əsassız olaraq sürücülük hüququm məhdudlaşdırıla bilər. Onun üzləşdiyi haqsızlığın qarşısını alınmasını xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25288340 saylı qərar mənə təqdim edilmişdir. Həmin qərarla tanış olan zaman guya onun istifadəsində olan DAEWOO BS090 markalı ** JR *** dövlət qeydiyyaı nişanlı nəqliyyat vasitəsi mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığına görə 50 (əlli) manat məbləğində cərimə tətbiq olunmuşdur. Bakı şəhəri X10 İdarəsinin elektron qərarları qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 dekabr 2024-cü il tarixli EQ seriyalı 25288340 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixində saat 07:35-də Sabunçu rayonu, Zabrat qəsəbəsi, Socar YDM qarşısı, Zabrat qəsəbəsi istiqaməti ünvanı ərazisində “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 30 dekabr 2024-cü il tarixli EQ seriyalı 25288340 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərar sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə qərarda müvafiq qeyd aparılmamışdır. Belə ki, protokolu tərtib etmiş orqan “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X5 tərəfindən idarə edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki, İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, X5 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli EQ seriyalı 25288340 saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli EQ seriyalı 25288340 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli EQ seriyalı 25288340 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1659/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1659/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver