Məhkəmə qərarları › İş №3(008)-1668/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1668/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1668/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, X4 qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X2 tərəfindən 18 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 18 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, 15 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “Zil” markalı **-SR-*** nömrəli nəqliyyat vasitəsi ilə çirkab suların ətraf əraziyə atıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, 18 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Şəxs idarə etdiyi “Zil” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən çirkab (tullantı) sularının təyinatsız axıdılması müəyyən edilmişdir. 17 mart 2025-ci il tarixli 89971 nömrəli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Çağrı Mərkəzi”nə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşayan Əlisurət Kərimov tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli İP-27713 nömrəli parniklərə gedən şirin su kanalına kanalizasiya maşınları tərəfindən çirkab suların axıdılması barədə daxil olmuş müraciətin araşdırlması zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsində **-SR-*** nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə qanunsuz olaraq çirkab suların ərazidə yerləşən kanala axıdılması faktı müəyyən edilmişdir. Araşdırma müddətində nəqliyyat vasitəsini idarə edən sürücü barədə məlumatları əldə etmək mümkün olmamış, bununla bağlı DİN-nin Baş Dövlət İdarəsi Qeydiyyat-imtahan İdarəsinə məktub ünvanlanmışdır. Daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-16/2- 21370/2025 nömrəli cavab məktubunda “Zil” markalı **-SR-*** nömrə nişanlı avtonəqliyyat vasitəsinin Şəxs məxsusu olması qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixində inzibati araşdırmada iştirak edilməsi üçün Şəxs xx.xx.2025-ci il tarixli Ç-BM/2625-150 nömrəli məktub ünvanlanmış, lakin araşdırmada özü və ya hər hansı səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Beləliklə, Şəxs tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXMnin 262.2.3-cü maddəsinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə tərəfin izahatını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar