Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1669/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 qızının katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 2024-cü ilin noyabr ayında Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən suvarma kanalına **-SR-*** nömrəli çirkab su maşını tərəfindən tullantı sularının təyinatsız axıdılmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 2024-cü ilin noyabr ayında Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən suvarma kanalına **-SR-*** nömrəli çirkab su maşını tərəfindən tullantı sularının təyinatsız axıdılmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 07 fevral 2025-ci il tarixli 88519 nömrəli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Çağrı Mərkəzi”nə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşayan Əlisurət Kərimov tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli İP-26629 nömərli parniklərə gedən şirin su kanalına kanalizasiya maşınları tərəfindən çirkab suların axıdılması barədə daxil olmuş müraciəti xx.xx.2024-cü il tarixdə tərəflərindən yerində araşdırılmışdır. Araşdırma müddəti ərzində vətəndaş Kərimov Əlisurət tərəfindən təqdim edilən videogörüntülərdə **-SR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə qanunsuz olaraq çirkab sularını ərazidə yerləşən kanala axıdılması faktı müəyyən edilmişdir. Bununla da qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Araşdırma müddəti ərzində nəqliyyat vasitəsini idarə edən sürücü haqqında məlumat əldə etmək mümükün olunmadığından həmin şəxsin kimliyinin müəyyən edilməsi məqsədi ilə DİN-nin Baş X4 İdarəsinə Ç-HM/2624-739 nömrəli məktub ünvanlanmış və DİN-nin Baş X4 İdarəsinin cavab məktubuna əsasən **-SR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin Şəxs məxsus olduğu müəyyən edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-217550/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli Ç-HM/2624-739 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, DİN Baş Dövlət İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdikləri “Zil MMZ 554 Xüsusi.Təy.” markalı **-SR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən Şəxs adında qeydiyyatdadır, eyni zamanda **-BP-*** dövlət qeydiyyat nişanı minik avtomobilinə təhkim edilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməli törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin tələbinə əsasn inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Azərbaycan RespublikasınınEkologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1669/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1669/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver