Məhkəmə qərarları › İş №3(008)-1670/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1670/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1670/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Şikayətçi X3, Barəsində şikayət verilən orqan Bakı şəhər Xətai RPİ DYPŞ-nin axtarış üzrə inspektoru X1 iştirakı ilə, xx xxxxxxxx 1962-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-X2 Bakı şəh., Xətai RPİ DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəh., Xətai RPİ DYPŞ-in axtarış üzrə inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. X5 həmin inzibati xəta haqqında qərardan şikayət vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi özünə məxsus «Hyundai Tucson» markalı, «az ** VX ***» dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, Neapol dairəsinə çatmamış Lütfizadə küçəsi ilə hərəkət edərkən, bu vaxt onunla eyni istiqamətdə hərəkət edən «Nissan Sunny» markalı, «az ** DJ ***» dövlət qeydiyyat nişanlı avtomobil ondan daha tez Neapol dairəsinə daxil olmaq üçün onu ötərkən maşınının qabaq hissəsinə-sol qanadına toxunmuşdur. O maşından düşüb maşınının qanadına baxmış, eyni zamanda «Nissan Sunny» markalı avtomobilin sürücüsü də maşından düşərək öz maşınına baxdı. Qeyd edir ki, «Nissan Sunny» markalı avtomobilin sürücüsü hərəkət zolağında sarı xətti keçmişdi. Ona tələsməyi və ötmə etdiyinə görə iradlarını bildirmişdir. «Nissan Sunny» markalı avtomobilin sürücüsü isə öz növbəsində onu günahlandırdı. Hadisə yerinə gələn dövlət yol polisinin əməkdaşı da onun hər hansı inzibati xəta törətməyini bildirməmişdir. Lakin buna baxmayaraq dövlət yol polisinin inspektoru barəsində inzibati protokol tərtib etmiş və onu əsassız olaraq cərimələmişdir. Qeyd edir ki, hadisə baş verən ərazidə nə kamera görüntüsü nə də ki, digar şahid olmamışdır. İnzibati tənbeh haqqında protokolun tərtib edilməsindən məlumatı olmamış nə də ki, imza etməmişdir. Bu səbəbdən hesab edir ki, barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Eyni zamanda hadisə baş verən zaman Respublikada karantin tətbiq edildiyindən qərardan şikayət vermək hüququ hal-hazırda yaranmışdır. O, inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərini pozmamışdır.Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində şikayət verilən orqan Bakı şəhər Xətai RPİ DYPŞ-nin axtarış üzrə inspektoru X4 izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xətai rayonu Neapol dairəsində baş vermiş yol-nəqliyat hadisəsi ilə bağlı bildirir ki, həmin yol nəqliyyat hadisəsi tərəfindən araşdırılmış «Hyundai Tucson» markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törədərək hadisə yerini tərk etdiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə protokol tərtib edilərək qərar qəbul etmişdir. Tərtib etdiyi protokolu və qəbul etdiyi qərarı müdafiə edir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmamasını xahiş edir. Beləliklə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi AP ******* seriyalı, xx.xx.2020-ci il tarixli protokol və xx.xx.2020-ci il tarixli, TP ******* seriyalı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında qərarın ləğv olunması üçün X5 tərəfindən tutarlı sübut məhkəməyə təqdim olunmadı. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X3 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar