Məhkəmə qərarları › İş №3(008)-1700/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1700/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1700/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 iclas katibliyi ilə, X1, Səlahiyyətli orqanın nümayəndəsi X7 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN N ******* nömrəli inzibati xəta haqqında Qərar qəbul edilmişdir. Belə ki, Sabunçu rayonu, Zabrat qəbirstanlığı yaxınlığında "Ford Carqo" yük markalı **- SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə icazə və lisenziya olmadan yer tənindən icazəsiz istifadə etdiyim göstərilmişdir. xx.xx.2023-cü il tarixli MN N-1440213 nömrəli qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən inzibati qaydada 600 (altı yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. X9 bu qərar və cərimə məbləği ilə qəti şəkildə razılaşmır. Ona görə ki, Zabrat qəbirstanlığı yaxınlığında "Ford Carqo" yük markalı 99-SF- 995 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus olsa da, qərarda qeyd ediləni etməmişdir, o, həmin əraziyə yük boşaltmamış və AR İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qanun pozuntusuna yol verməmişdir. X9 qeyd edilən qərarı xx.xx.2024-cü il tarixdə almış və bundan sonra qərardan və qeyd olunanlardan xəbərim olmuşdur. O, bu ciddi məsələ ilə bağlı ilk əvvəl Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)- 351/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə aidiyyat məaələsinə görə şikayət və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 şəkillərdə göstərilən nəqliyyat vasitəsinin ona məxsus nəqliyyat vasitəsi olmadığını bildirərək, şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X10 izahatında xx.xx.2023cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını bildirərək şikayətin təmin olumamasını xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 rayonu, Zabrat qəbirstanlığı yaxınlığında, “X15” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icazə və ya lisenziya olmadan yer təkindən icazəsiz istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 rayonu, Zabrat qəbirstanlığı yaxınlığında, “X15” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icazə və ya lisenziya olmadan yer təkindən icazəsiz istifadə edərək Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 və səlahiyyətli orqanın nümayəndəsi X7 təqdim etdiyi foto-şəkillərə baxış keçirilmiş, şikayətində göstərilən hallar öz təsdiqini tapmışdır. Belə ki, səlahiyyətli orqanın münayəndəsinin təqdim etdiyi fotoşəkilləri ilə şikayət vermiş şəxs X4 təqdim etdiyi fotoşəkillərin(avtomobilin arxa hissəsinə aid olan fotoşəkilin) eyni nəqliyyat vasitəsinə aid olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin -228-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar