Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1703/2025 04.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin polis sahə rəisi, X3, barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin polis sahə rəisi, X3 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 04 aprel 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında materiala baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin polis sahə rəisi, X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Şəxs avtomobili təhlükəli şəkildə idarə etdiyi üçün saxlanılmış, narkotik vasitə istifadəsində şübhəli bilinərək PB-nə gətirilmişdir. Məcburinarkoloji tibbi yoxlama zamanı narkotik maddə qəbul etməsi aşkar edilmişdir. Bu səbəbdən də, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, 03 aprel 2025-ci il tarixdə avtomobili təhlükəli idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, PB-nə dəvət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik maddələrdən istifadə etdiyini etiraf etmişdir. Törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 aprel 2025-ci il tarixli 1845 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MET (+) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. 04 aprel 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, narkotik maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən, saat 22:40-dan hesablanmalıdır. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 03 aprel 2025-ci il tarixdən, saat 22:40-dan hesablansın. X1 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X2 Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova İş №3(008)-1703/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 04 aprel 2025-ci il Bakı şəhəri Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclasının katibi Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, , inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin polis sahə rəisi, X3, barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 17:00-da açıldı. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audioyazının aparılması və audioyazı barədə məlumatın məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında protokola əlavə edilməsi barədə xəbərdar edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda məhkəmə iclasının fasiləsiz audioyazısının aparılmasına etiraz etmədiklərini bildirirlər. Hakim məhkəmə içlasını açır və Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, inzibati protokolu tərtib etmiş şəxs və inzibati xəta törədən şəxs məhkəmə iclasında iştirak edirlər. Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Məmmədova Günel İqbal qızı Katib: Qaralov Kənan Dünyamalı oğlu Hakim məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Hakim inzibati işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs: X3- Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin polis sahə rəisi İnzibati xəta törədən şəxs: Şəxs-xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır Hakim inzibati xəta törədən şəxsə hüquq və vəzifələrini izah edir. -Hüquq və vəzifələrim mənə aydındır. Hakim Şəxs 07 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim edir. Siyahıda olan vəkillərdən və ya özünün tanıdığı hər hansı bir vəkillə hüquqlarının həyata keçirib-keçirməmək istəyini soruşur. Şəxs vəkilin hüquqi yardımından imtina edir və bu barədə ərizə tərtib olunur ərizəni imza edir. Hakim Azərbaycan Respublikasının İXM-nin 65.4-cü maddəsinə əsasən inzibati iş üzrə tərəflərə hüquq və vəzifələrini izah edir. -Hüquq və vəzifələrim mənə aydındır. Hakim işə baxılmasının mahiyyəti üzrə başlanmasını bildirir. İş üzrə zəruri materiallar elan olunur. Hakim inzibati protokolu tərtib etmiş şəxsə söz verir. İnzibati protokolu tərtib etmiş şəxs X6: Möhtərəm hakim! xx.xx.2025-ci il tarixində Şəxs avtomobili təhlükəli şəkildə idarə etdiyi üçün saxlanılmış, narkotik vasitə istifadəsində şübhəli bilinərək PB-nə gətirilmişdir. Məcburi-narkoloji tibbi yoxlama zamanı narkotik maddə qəbul etməsi aşkar edilmişdir.Bu səbəbdən də, Şəxs barəsində tərəfimdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyim protokolu müdafiə edərək təmin olunmasını xahiş edirəm. s/c-Raport əsasında protokol tərtib etmişəm. Hakim inzibati xəta törətmiş şəxsə söz verir. İnzibati xəta törədən şəxs Şəxs: 03 aprel 2025-ci il tarixdə avtomobili təhlükəli idarə etdiyim üçün polis əməkdaşları tərəfindən saxlanılmış, PB-nə dəvət edilmişəm. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Fevral ayında narkotik vasitədən istifadə etmişəm. Törətdiyim əməldən peşman olduğumu, bir daha belə hallara yol verməyəcəyimi nəzərə alaraq barəmdə yüngül tənbeh tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən inzibati xəta törədən şəxs s/c: -Bəli, törətmiş olduğum əməldən peşmanam. Sədrlik edən inzibati xəta törədən şəxs s/c: -Bir daha belə əməllər yol verməyəcəm. Hakim inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, inzibati xəta törədən şəxsin izahatını dinlədikdən sonra inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası bağlı elan olunur. SƏDRLİK EDƏN: KATİB: İş № 3(008)-1703/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi 04 aprel 2025-ci il Bakı şəhəri Hakim Məmmədova Günel İqbal qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. İşin hakim tərəfindən baxılmasını istisna edən halların mövcud olmaması, inzibati xəta haqqında protokol və işin digər materialları bu İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilməsi, işin icraatını rədd edən halların olmaması, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması, işin icraata qəbul edilməsi, işə baxılmasının 04 aprel 2025-ci il tarixə, saat 18:00-a təyin edilməsi, məhkəmə iclasının müddəti və yeri barəsində işdə iştirak edən şəxslərə məlumat verilsin. Prosessual hərəkət başladı: saat 16:50; Prosessual hərəkət başa çatdı: saat 16:55; Hakim: Günel Məmmədova İş № 3(008)-1703/2025 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ HAQQİNDA QƏRARDAD 04 aprel 2025-ci il Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə materiala baxaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü X4 Samir Yaqub oğlu barəsində toplanmış inzibati material məhkəməyə daxil olmuşdur. İş materialları ilə tanış olub hesab edirəm ki, iş aidiyyatı üzrə düzgün göndərilib. İşin məhkəmədə baxılmasını istisna edən hallar yoxdur. İnzibati xəta haqqında protokol və işin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən hallar mövcud deyil. İşin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Qeyd olunanlara nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati materialın baxılması məhkəmənin icraatına qəbul edilsin.
2. İşin məhkəmə iclası 04 aprel 2025-ci il tarixə, saat 18:00-a məhkəmə binasına təyin edilsin.
3. İş üzrə tərəflər məhkəməyə çağırılsın.
Hakim Günel Məmmədova