Məhkəmə qərarları › İş №3(008)-1708/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1708/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1708/2025 04.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, ev 212-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 04 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e- 2(008)-2775/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 16000 (on altı min) manat əsas, 138 (yüz otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu, cəmi 16138 (on altı min yüz otuz səkkiz) manat tutularaq tələbkar X1 xeyrinə ödənilməli olduğu halda tam şəkildə ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-2(008)-2775/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 16000 (on altı min) manat əsas, 138 (yüz otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu, cəmi 16138 (on altı min yüz otuz səkkiz) manat tutularaq tələbkar X1 xeyrinə ödənilməli olduğu halda tam şəkildə ödənilməmişdir. Borclu borc məbləğindən bu günə qədər 2000 (iki min) manat ödəmiş, bu gün isə 500 manat ödəyə biləcəyini bildirmişdir. Barəsində xəbərdarlıq göndərilmiş, tələbin könüllü icrası barədə məlumat verilmişdir. Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər tam icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında borcunu ödəməkdən yayınmadığını, maddi imkanının aşağı olduğunu, hər ay ***- **** manat ödəyə biləcəyini, 15 mart 2025-ci il tarixdə 2000 manat ödədiyini bildirmişdir. Bu gün 500 manat ödəməyə gücü çatır. Məhkəmədən nəzərə almağı xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-2(008)-2775/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 16000 (on altı min) manat əsas, 138 (yüz otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu, cəmi 16138 (on altı min yüz otuz səkkiz) manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-2(008)-2775/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi və tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, e268931/14/27 saylı məktubundan görünür ki, borc məbləğinin tələbkar X1 xeyrinə tutulması üçün borclu Şəxs işlədiyi yer üzrə “Mənzil Kommunan Təsərrüfatı Birliyi”nə göndərilmişdir. Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş siyahıdan görünür ki, Şəxs barəsində axtarış işi açılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 04 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-2(008)-2775/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 16000 (on altı min) manat əsas, 138 (yüz otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu, cəmi 16138 (on altı min yüz otuz səkkiz) manat tutularaq tələbkar X1 xeyrinə xeyrinə ödənilməlidir. Şəxs Sabunçu Rayon İcra Şöbəsində verdiyi və iş materiallarına əlavə olunmuş 04 aprel 2025-ci il tarixli izahatında o, icra vərəqəsindən xəbərdar olduğunu, icra sənədi müəyyən edilmiş məbləği tam ödəməyə maddi imkanın olmadığını, bu günə qədər 2000 (iki min) manat ödəniş etdiyini və hər ay ***-**** manat ödəniş edə biləcəyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə icra məmuru Amil Əmirov tələbkar X2 çatacaq 500 manat pul vəsaitini Sabunçu rayon İcra Şöbəsinin depozit hesabına ödənilməsi üçün qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs icra sənədi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq, üzrsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Əksinə olaraq tələbkar X2 çatacaq xx.xx.2025-ci il tarixdə 2000 manat və xx.xx.2025-ci il tarixdə 500 manat pul vəsaiti Şəxs icra məmuru tərəfindən depozit hesaba ödənilməsi üçün qəbul edildiyindən, məhkəmə hesab edir ki, bununla borclu üzrsüz səbəbdən məhkəmə qətnaməsini icra etmədiyini nümayiş etdirmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edan icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar