Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1714/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclas katibi Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir ray., Köhünlü Ərazi D., Sovla Kəndində qeydiyyatda omaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan - Şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 09 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-318/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X3 atası iş üzrə cavabdeh Şəxs iştirakı ilə anası iş üzrə iddiaçı X4 ilə ayda iki dəfə olmaqla ünsiyyətdə olmaq (görüş) hüququ verilmişdir. Cavabdeh Şəxs göstərilən qanuni tələbləri yerinə yetirməyərək oğlu X6 ayda iki dəfə olmaqda anası X4 ilə ünsiyyətdə olmaq (görüş) hüququnu pozmaqda təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X3 anası X4 ilə əvvəllər normal ünsiyyətdə olmuşdur daha sonralar isə, yəni 2 il müddət keçdikdən sonra anası ilə ünsiyyət qurmaq istəməməsi və bu hərəkətləri ilə bağlı onun psixoloji dəstəyə ehtiyacının olmasını düşünərək Sabunçu rayon İcra Hakimiyyəti vasitəsilə “Ümidli Gələcək STİB-İn sosial xidmət mərkəzi olan X10 Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi”nə yönləndirilmişdir. Yönləndirmənin məqsədi tədqiq olunanın anası ilə görüş hüququnun bərpa olunması, emosional və psixoloji durumu ilə bağlı tədqiqatın aparılması və müvafiq rəyin hazırlanaraq Sabunçu rayon İcra Hakimiyyətinə təqdim olunması olmuşdur. Rəydə göstərilənlərə əsasən atanın uşağı üzərində olan təsiri nəzərə alınaraq tərəfimdən cavabdeh Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 09 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq zərər şəkmiş şəxs səhhəti pisləşdiyindən məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, uşağın anası ilə 2011-ci ildə ailə qurub və yoldaşının epilepsiya xəstəsi olması səbəbindən onun istəyi ilə 2012-ci ildə ayrılıblar. Yusifin anası ilə görüşmək istəməsində oğlu X7 onun heç-bir təsiri yoxdur. Hara deyiblər aparmışdır, istər Kürdəmirə, istər psixologiya mərkəzinə hara lazımdır aparmağa hazırdır, uşaq olduğuna görə anasına səbirli olmağı zamanla keçəcəyini bildirmiş ancaq uşağın özü anasının ona qarşı laqeyd münasibət göstərdiyini bildirərək onunla görüşmək istəmədiyini bildirmişdir. Onun oğlu üzərində heç-bir təsirinin olmadığını, heç kəslə qərəzinin olmamasını və oğlunu anası ilə görüşmək üçün hara lazımdır apardığını və aparmağa hazır olmasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-318/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2102-ci il təvəllüdlü X7 atası iş üzrə cavabdeh Şəxs iştirakı ilə anası iş üzrə iddiaçı X4 ilə ayda iki dəfə olmaqla ünsiyyətdə olmaq (görüş) hüququ verilmişdir; “Ümidli Gələcək STİB-İn sosial xidmət mərkəzi olan X10 Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi”nin xx.xx.2012-ci ii təvəllüdlü X8 haqqında X12 yekun nəticəsindən görünür ki, Reabilitasiya mərkəzi olaraq uşağın həyatında hər iki valideynin önəmli rol almasını nəzərə alaraq, ata ilə danışıqlar və psixoloji söhbətlər aparılmış, prosesin gedişi və mövcud vəziyyətlə bağlı tövsiyələr verilmiş, o cümlədən valideynlərin birgə uşaqların inkişafında iştirakçılığının vacibliyi vurğulanmışdır. X8 ilə 4 ay müddətində sosial-psixoloji qiymətləndirmə, reabilitasiya, psixoloji dəstək və korreksivaedici işlər görülmüşdür. X8 təşkil olunan psixoloji seanslara öncə vaxtlı-vaxtında gəlmiş və verilən tapşırıqları qismən icra etmişdir, son seanslarda isə səhlənkarlıq müşahidə olunmuşdur. Reabilitasiya zamanı Yusif məktəbdə, evdə keçirdiyi vaxt, gündəlik həyatı barədə məlumatları bölüşüb ünsiyyət qurmuşdur. Yusifdəki gərginliklər səbəbi ilə kompleks yanaşma məqsədi ilə Yusifin hər iki valideyni ilə, anasının səhhəti səbəbi ilə nənəsi ilə ayrı-ayrılıqda görüşlər təşkil olunmuşdur, görüşlər əsnasında tərəflər bir-birləri haqqında müxtəlif mövzularda iddialar səsləndirmişdirlər. Reabilitasiya müddətində Yusifin anası ilə görüşə adaptasiya prosesi və psixoloji hazırlığı üçün iş aparılmışdır. Atanın Yusifin anası barədə fikrinə təsirini aradan qaldırmaq üçün müvafiq iş aparılmışdır, lakin atanın konservativ yanaşması mütəmadi olaraq qalmağa davam etmişdir. Yusifin ana barədə düşüncələri daha çox eşitdiyi hadisələr üzrə qurulmuşdur. Yusif bildirirdi ki anam mənə qarşı diqqətsiz idi. O, həmçinin indiki ögey anası ilə xoşbəxt olduğunu qeyd etmişdir. Yusif özü, atası, sosial mühiti barədə danışarkən daha səlist olduğu halda, ana mövzularından daim yayınmış, hətta ana ilə bağlı tapşırıqlar və suallar verilən zaman daha narahat hala gəlmiş, düşünərək cavab verməyə çalışmışdır Ana ilə görüşməyi və danışmağı “onu görmək istəmirəm" deyərək qəbul etməmişdir. Ümumi olaraq görüşlərdə Yusifin sosial davranışları da qiymətləndirilmişdir. Danışıqlar zamanı kommunikasiyaya çox daxil olmaq istəmədiyi, yaşına uyğun olmayan davranış və rəftar, daxili aqressiya hiss edilmişdir. Kompleks yanaşma çərçivəsində tərəflərlə, o cümlədən atayla valideynlik qayğısı, boşanma sonrası məsuliyyətlər və problemlərə dair, həmçinin boşanma halı olsa belə övlad üçün sağlam münasibətin saxlanılması və uşağın həyatında hər iki valideynin iştirakının əhəmiyyəti istiqamətində müvafiq maarifləndirici söhbətlər aparılmışdır. Amma bu tövsiyələr Şəxs effektiv olmayan ünsiyyət üslubu səbəbindən müsbət nəticə göstərməmişdir. Reabilitasiya prosesi Cəfərov Yusifin anadan uzun müddət ayrı yaşaması, atanın müşahidə olunan təsiri, anaya qarşı formalaşmış psixoloji müqavimət və istəksizlik səbəbindən yüksək nəticə verməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 09 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Cəfərov X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-318/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2102-ci il təvəllüdlü X8 atası iş üzrə cavabdeh Şəxs iştirakı ilə anası iş üzrə iddiaçı X4 ilə ayda iki dəfə olmaqla ünsiyyətdə olmaq (görüş) hüququ verilmişdir. Cavabdeh Şəxs göstərilən qanuni tələbləri yerinə yetirməyərək oğlu X6 ayda iki dəfə olmaqda anası X4 ilə ünsiyyətdə olmaq (görüş) hüququnu pozmaqla, oğlu X3 üzərində olan təsiri nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-1714/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1714/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver