Məhkəmə qərarları › İş №3(008)-1755/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1755/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1755/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Üzeyir qızının, X1 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsi, ev 86-da yaşayan Şəxs Üzeyir qızı barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs Üzeyir qızı barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 11 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Lənkəran rayon Məhkəməsinin 2(049)- 93/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu X3 övladı xx.xx.2018-ci il tarixdə doğulmuş X6 ilə həftənin şənbə və bazar günü, Ramazan, Qurban, Novruz bayramlarının ikinci günü, habelə uşağın doğum günündə saat 10:00-dan 17:00-dək anası Şəxs Üzeyir qızının iştirakı ilə Lənkəran rayonu və Bakı şəhər Sabunçu rayonunda ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Şəxs Üzeyir qızı qeyd olunan icrası sənədini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Lənkəran rayon Məhkəməsinin 2(049)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu X3 övladı xx.xx.2018-ci il tarixdə doğulmuş X6 ilə həftənin şənbə və bazar günü, Ramazan, Qurban, Novruz bayramlarının ikinci günü, habelə uşağın doğum günündə saat 10:00-dan 17:00-dək anası Şəxs Üzeyir qızının iştirakı ilə Lənkəran rayonu və Bakı şəhər Sabunçu rayonunda ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Şəxs Üzeyir qızı icra vərəqəsi üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Barəsində xəbərdarlıq göndərilmiş, tələbin könüllü icrası barədə məlumat verilmişdir.Tərtib etdiyi protokolu müdafiə edir. Verilən suallara cavabında qeyd etmişdir ki, borclu uşağı əvvələr bir neçə dəfə göstərmiş, tələbkar isə əsas mübahisəni uşaqla Lənkəran rayonu ərazisində aparılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Üzeyir qızı öz izahatında icra vərəqəsinin icrasından yayınmadığını, uşağın atası ilə görüşməsinə heç bir maneə yaratmadığını bildirmişdir. İcra vərəqəsində Bakıda və Lənkəranda görüşməsi barədə qərar qəbul edilmiş, uşaq azyaşlı olduğu üçün onu hər dəfə Lənkərana aparıb gətirmək çətin olsa da, Bakıda görüşməsinə heç bir maneçilik törətməmişdir. Barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 öz izahatında icra vərəqəsi üzrə tələbin tam təmin olunmasını tələb edir. Övladı ilə Bakı şəhərində olduğu zaman daima görüşsədə, Lənkəranda olan zaman da, görüşün təmin olunmasını tələb edir. Verilən suallara cavabında qeyd etmişdir ki, sonuncu dəfə uşaqla görüşə bilməsə də, əvvələr görüşmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lənkəran rayon Məhkəməsinin 2(049)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu X3 övladı xx.xx.2018-ci il tarixdə doğulmuş X6 ilə həftənin şənbə və bazar günü, Ramazan, Qurban, Novruz bayramlarının ikinci günü, habelə uşağın doğum günündə saat 10:00-dan 17:00-dək anası Şəxs Üzeyir qızının iştirakı ilə Lənkəran rayonu və Bakı şəhər Sabunçu rayonunda ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Şəxs Üzeyir qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Lənkəran rayon Məhkəməsinin 2(049)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş və tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Dadaşzadə 11 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Lənkəran rayon Məhkəməsinin 2(049)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu X3 övladı xx.xx.2018-ci il tarixdə doğulmuş X6 ilə həftənin şənbə və bazar günü, Ramazan, Qurban, Novruz bayramlarının ikinci günü, habelə uşağın doğum günündə saat 10:00-dan 17:00-dək anası Şəxs Üzeyir qızının iştirakı ilə Lənkəran rayonu və Bakı şəhər Sabunçu rayonunda ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Şəxs Üzeyir qızının Sabunçu Rayon İcra Şöbəsində verdiyi və iş materiallarına əlavə olunmuş 04 aprel 2025-ci il tarixli izahatında o, icra sənədindən xəbərdar olduğunu, icra sənədi üzrə tələbdən yayınmadığını övladının atası ilə görüşməsinə heç bir maneə yaratmadığnı bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktların surətindən görünür ki, Lənkəran rayon Məhkəməsinin 2(049)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün Şəxs Üzeyir qızı övladı X5 atası ilə görüşmək üçün Sabunçu rayon Məhkəməsinin inzibati binasına gətirsə də, uşaq atası ilə görüşməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixdə icra vərəqəsi təmin edilərək uşağın atası ilə ünsiyyəti baş tutmuş,borclu şənbə-bazar günü işi ilə əlaqədar uşağın atası ilə görüşündə iştirak edə bilməyəcəyini, lakin şənbə günü uşağın atası ilə ünsiyyətinə icra məmurunun iştirakı ilə şərait yardacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Üzeyir qızı tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra məmurunun qanuni tələblərini qəsdən icra etməsin, çağırışlara vaxtında gəlməsin. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs Üzeyir qızının icra sənədi ilə müəyyən edilmiş tələbi qərəzli olaraq, üzrsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Əksinə olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə icra sənədinin təmin edilməsi üçün övladını görüşə gətirdiyi müəyyən edilmiş və bununla üzrsüz səbəbdən məhkəmə qətnaməsini icra etmədiyini nümayiş etdirmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, uşaqla ünsiyyət baş tutmuşdur. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli psixoloji rəylərdən görünür ki, X4 psixoloji terapiya alması tövsiyə olunmuşdur. Məhkəmə iclasında tələbkar və borcluya verilən sullardan aydın olmuşdur ki, əvvəllər və hazırki dövrdə uşaqla ünsiyyət baş tutmuşdur. Lakin sonuncu bayram günündə bazar günü ilə üst-üstə düşdüyündən uşaq bütün günü atası ilə olduğuna görə bayramın 2-ci günü görüş baş tutmamışdır. Bundan əlavə tələbkar izahatında özünün daimi yaşayış yerinin Lənkəran rayonu olduğundan uşaqla həmin rayonda da görüşməli olmasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar Şəxs Üzeyir qızının icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edan icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə borclu Şəxs Üzeyir qızı tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Üzeyir qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Üzeyir qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar