Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1765/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, Şəxs barəsində Bakı şəhər Sabunçu rayon Prokurorluğundan Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə yaşayan Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Sovxozu ünvanında yerləşən kafeni xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərməklə bu fəaliyət nəticəsində, ümumilikdə 5 gün ərzində 100 (yüz) manat gəlir əldə etməsi müəyyən olunmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta törətmiş şəxs Şəxs və Bakı şəhər Sabunçu rayon Prokurorluğuna müvafiq qaydada məlumat verilsədə, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs əməli tərtib olunmuş protokolla və iş materiallarında olan izahatı ilə tam sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxsın əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs olmaqla Şəxs həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. O, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 25, 40, 43, 49- 51, 114, 128-131, 398-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinsin və o, gəlirinin iki misli miqdarı, yəni 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-1765/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1765/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver