Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-177/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, xx.xx.1966-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsi ilə üzü Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağdan T.Mustafayev küçəsi ilə kəsişmədə yola çıxıb dayanmış vəziyyətdə olan “Saz 3507” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtobilin ön sol hissəsindən vurub toqquşmuş, nəticədə avtomobillər zədələnmiş və sonuncu yük avtomobilin dabanlığın sağ kənarında ayaq üstə dayanmış Zərərçəkmiş şəxs Zərbədən arxası üstə yerə yıxılaraq yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana, zərərçəkmiş şəxsə və barəsində inzibati protokol tərtib etmiş şəxsə lazımi qaydada məlumat verilsə də, tərəflər məhəkəmə iclasına gələməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Bununla da məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2024-cü il tarixli 2853 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Rızvan oğlunda baş beyin silkələnməsi ilə müşaiət olunan gicgah-təpə nahiyəsinin əzilmiş yarası və tənəffüsün pozulmasına səbəb olmayan hər iki ciyər toxumasının yüngül dərəcəli əzilməsi müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarı təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq İsayevin «xx.xx.2024-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Şəxs iş materiallarında olan izahatında göstərmişdir ki, Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağdan T.Mustafayev küçəsi ilə kəsişmədə yola çıxıb dayanmış vəziyyətdə olan “Saz 3507” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtobilin ön sol hissəsindən vurub toqquşmuş, nəticədə avtomobillər zədələnmiş və sonuncu yük avtomobilin dabanlığın sağ kənarında ayaq üstə dayanmış sonradan tanıdığı Zərərçəkmiş şəxs yerə yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. Hadisə zamanı Şəxs və digər yük avtomobilini idarə edən sonradan tanıdığı Elxan Məmmədov TTYS-müraciət edərək Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərib onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, T.Mustafayev küçəsi ilə kəsişmədə yola çıxıb dayanmış vəziyyətdə olan “Saz 3507” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtobilin ön sol hissəsindən vurub toqquşmuş, nəticədə avtomobillər zədələnmiş və sonuncu yük avtomobilin dabanlığın sağ kənarında ayaq üstə dayanmış sonradan tanıdığı Zərərçəkmiş şəxs yerə yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. Hadisədən sonra həmin avtomobilin sürücüsü onu xəstəxanaya gətirmişdir. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 23 dekabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM- 32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-177/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-177/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver