Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1773/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 25.avqust 2022-ci il tarixdə Sabunçu rayon ərazisində Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin inspektoru idarə etdiyi **-GR-*** dövlət qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” markalı avtomobili saxlayaraq hansısa yol hərəkəti qaydalarını pozmasını bildirmişdir. Polis əməkdaşından sübut təqdim etməsini xahiş etsə də heç bir sübut təqdim edilməmişdir. Bundan başqa polis leytenantı özünü aydın şəkildə təqdim etməmiş, xidməti vəsiqəsini göstərməmiş, səsysazma diktafonu yaxasında olmamışdır. İnzibati protokolu qərəzlilik prinsipi əsasında tərtib edilmiş və ümumi mənada tərtib olunan protokolda qaydanın konkret olaraq hansı məzmunda pozması qeyd edilməmişdir. Sonradan məlum olmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-3.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Hadisə yerində inzibati protokol ona təqdim edilməmişdir. Bakı şəhər BPİ DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşmayaraq ləğv olunması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi bu işlə bağlı geniş araşdırmalar aparmış və 3(008)-5637/2022-saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri BPİ DYPİ-nə göndərilmişdir. Dövlət yol polisi yenidən sözügedən hadisəni araşdırmayaraq, araşdırmalarda onun iştirakını təmin etməyərək, formal olaraq sadəcə yeni nömrə ilə eyni motivli, eyni mövzulu TP ******* saylı, xx.xx.2022ci il tarixli qərarla qüvvədə saxlamışdır. İkinci dəfə yenidən Bakı şəhəri Sabunçu rayon məhkəməsinə TP 5474906-saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsi sözügedən qərarın qanuni olub olmamasını araşdıraraq qanunsuz və əsassız olması qənaətinə gələrək 3(008)-244/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhər BPİ DYPİ-nin 5474906saylı, xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək yenidən araşdırılıb qanuni qərar qəbul edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilmişdir. Lakin Bakı şəhər BPİ DYPİ-də araşdırmalar aparılmamış, aparılan araşdırmalarda iştirakı təmin edilməmişdir, sadəcə sözügedən qərarı yeni nömrə və tarix yazaraq üçüncü dəfə yeni TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərar isə ona 06.04.203-cü il tarixdə təqdim edilmişdir. Odur ki, Bakı şəhəri Baş Polis İdarəsi DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, ümumiyyətlə heç bir qayda pozuntusuna yol verməmiş, sözügedən yol nişanı sərnişin avtobusları üçün nəzərdə tutulmuş alternativ yol üçün nəzərdə tutulmuşdur, Bakı şəhər DYPİ tərəfindən barəsində qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir, həmçinin o dəfələrlə məhkəməyə müraciət etməsinə baxmayaraq onun şikayəti qismən təmin edilərək yenidən araşdırılmaya qaytarılmış, lakin Bakı şəhər DYPİ onun iştirakını təmin etməmiş, heç bir araşdırma aparmayaraq yenidən qərar qəbul etmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospektində “NİSSAN X-TRAİL” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələbini pozması əsas gətirilərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(008)5637/2022 saylı qərardan görünür ki, X4 şikayəti qismən təmin edilərək Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospektində “NİSSAN X-TRAİL” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələbini pozması əsas gətirilərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(008)-244/2023 saylı qərardan görünür ki, X4 şikayəti qismən təmin edilərək Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospektində “NİSSAN X-TRAİL” minik markalı, **-GR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələbini pozması əsas gətirilərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda M.Əliyevin “Giriş qadağandır” yol nişanının tələbini pozduğu göstərilmiş və o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə qərara əsasən M.Əliyev nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələbini pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Heydər Əliyev prospektində “NİSSAN X-TRAİL” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozması əsas gətirilərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X5 heç bir qayda pozuntusuna yol vermədiyini, sözügedən yol nişanının sərnişin avtobusları üçün nəzərdə tutulmuş alternativ yol üçün nəzərdə tutulduğunu göstərmişdir. X5 Bakı şəhər BPİ DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşmayaraq ləğv olunması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 3(008)-5637/2022-saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri BPİ DYPİ-nə göndərilmişdir. Bakı şəhər BPİ DYPİ yenidən sözügedən hadisəni araşdırmayaraq, araşdırmalarda onun iştirakını təmin etməyərək, yenidən TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. İkinci dəfə yenidən Bakı şəhəri Sabunçu rayon məhkəməsi sözügedən qərarın qanuni olub olmamasını araşdıraraq 3(008)-244/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhər BPİ DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək yenidən araşdırılıb qanuni qərar qəbul edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilmişdir. Lakin Bakı şəhər BPİ DYPİ-də araşdırmalar aparılmamış, aparılan araşdırmalarda şikayətçinin iştirakı təmin edilməmişdir, Üçüncü dəfə TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X5 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1773/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1773/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver