Məhkəmə qərarları › İş №3(008)-1779/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1779/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1779/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun iclas katibliyi ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Fizuli küçəsi ilə hərəkətdə olan zaman DYP əməkdaşı tərəfindən saxlanılmışdır. Ona bildirilmişdir ki, guya idarə etdiyi avtomobil svetoforun qadağa işığında hərəkət etmişdir, izah etməyə çalışmışdır ki, qanunlara ciddi riayət etmək ruhunda, hüquqşünas, ziyalı ailəsində böyümüşdür, yol hərəkəti qaydalarını pozmamış və baxmayaraq ki, qadağa deyil svetoforun yaşıl işığı yanıb-sönəndə artıq o hərəkətini dayandırmaq üçün tədbirlər görmüş, heç vaxt səbirsizlik etməmiş, bunun ağır məsuliyyətini dərk etmişdir. Buna baxmayaraq YPX inspektoru barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Etiraz etdiyi üçün o protokol üzrə inzibati xəta haqqında qərarı qəbul etməmişdir. Bununla bağlı Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət etmiş və Sabunçu rayon Məhkəməsinin qərarı ilə şikayəti qismən təmin edilərək, xx.xx.2025-ci il tarixli qərar ləğv edilmiş və materiallar yenidən baxılması üçün DYP-ya göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi isə hər hansı təqsiri olmadığı, hər hansı qayda pozuntusuna yol vermədiyi, svetoforun yaşıl işığında hərəkət etdiyi halda yenidən ona xx.xx.2025-ci il tarixli qərarı ilə cərimə etmişdir. Daha sonra o həmin qərardan yenidən şikayət vermiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti yenidən qismən təmin edilərək, xx.xx.2025-ci il tarixli qərar ləğv edilmiş və materiallar yenidən baxılması üçün DYP-ya göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi isə onun hər hansı təqsiri olmadığı, hər hansı qayda pozuntusuna yol vermədiyi, svetoforun yaşıl işığında hərəkət etdiyi halda yenidən ona xx.xx.2025-ci il tarixli qərarla cərimə etmişdir. Ona görə də məhkəmədən, Bakı şəhər Baş Polis İdarəsi X7 idarəsi tərəfindən barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X2 və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixində saat 23:27-də “BMW 640İ GRANDCOUPE” minik markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X5 xx.xx.2024-cü il tarixində saat 23:27də “BMW 640İ GRANDCOUPE” minik markalı, 77- MR-070 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X5 barəsində İXM-nin 327.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025ci il tarixli TP ******* saylı qərar tərtib edilmiş, lakin buna əsas olmuş hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis idarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 idarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327-ci maddələrilə inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis idarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis idarəsi X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Günel Məmmədova İş № 3(008)- 1779/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 21 aprel 2025-ci il Bakı şəhəri Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi ilə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxılmışdır. Məhkəmə iclası 17:00-da başlamışdır. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audioyazının aparılması və audioyazı barədə məlumatın məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında protokola əlavə edilməsi barədə xəbərdar edir. Məhkəmə iclas katibi məhkəmə iclasında iştirak edən şəxslər barədə məlumat verir. Katib məruzə edərək bildirir ki, X2 məhkəmə iclasında iştirak edir. Hakim məhkəmə bildirişlərinin tərəflərə çatdırılmasının nəticələrini yoxlayır. Hakim məhkəmə iclasının Bakı şəhəri DYPİ-nin nümayəndəsinin və X1 iştirakı olmadan keçirilməsi məsələsini müzakirə edərək yerində müşavirə edib qərara alır: tərəflər məhkəmə iclasına gəlmədiyindəm məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 17:00-a dək təxirə salınsın. Məhkəmə iclası 15:00-da bağlı elan olunur. Hakim: Günel Məmmədova İclas katibi Aqil əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar