Məhkəmə qərarları › İş №3(008)-1780/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1780/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1780/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ26967308 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ26967308 nömrəli inzibati tənbeh tədbiri haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 28 mart 2025-ci il tarixdə "Asanpay" elektron məlumat vasiətəsilə mənə məlumat verilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə barəmdə EQ 26967308 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh tədbiri barədə qərar tərtib olunub. Qeyd olunan qərar qanunsuz və əsassızdır. Belə ki, qərar tərtib olunarkən AR İXM-nin müddəaları nəzərə alınmamışdır. Elektron qərara əlavə olunmuş fotolara baxış keçirdikdə Sülh küçəsində hərəkət edərkən yolun sağ tərəf istiqamətində dayanmış, qəza işıqlarını yandırmış və avtomobilində yaranan nasazlığı aradan qaldırdıqdan sonra oradan ayrılmışdır. Həmin vaxt o avtonəqliyyat vasitəsini tərk etməmiş, heç bir hərəkət iştirakçısına maneə törətməmiş və bu həmin qərara əlavə olunmuş videodan da görünə bilər. Avtomobili tərk etmədiyi halda foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Aşağıda qeyd olunan qaydalar bu kimi hallarda yaranan problemlərin qarşısını almağa yönəlik olduğu üçün tətbiq edilir. AR İXM-də dayanma və durma qaydasının pozulması hallarının sənədləşdirilməsi mexanizmi aydın təsbit olunmuşdur. Belə ki, Məcəllənin 124-cü maddəsinin tələblərinə əsasən bu növ qayda pozuntuları bilavasitə səlahiyyətli şəxs tərəfindən yerindəcə operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort kompüter vasitəsilə və xəta törətmiş şəxsin iştirakı ilə sənədləşdirilməlidir. Onun tərəfindən törədilməsi ehtimal edilən, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilmişdir. Lakin Azərbaycan Respublikası İXM-in 122-ci maddələrində həmin Məcəllənin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Belə olduğu təqdirdə onun iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərardan, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, həmin qərarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.4-cü maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmişdir, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir (AR İXM 124.5; AR İXM 124.6). Avtomobilin içərisində əyləşdiyi vəziyyətdə onun cərimə olunmağı çox absurt haldır. Qanunvericiliyin konkret mövqedə olmasında və bu işlərlə bağlı preyudisial qərarlar mövcud olmasına baxmayaraq, AR DİN BDYPİ hələ də qanunvericiliyin qeyd etdiyi tələblərin əksinə olaraq, yalnız vətəndaş hüquqlarının məhdudlaşmasına yönəlik qərarlar qəbul edir. Qeyd edək ki, hazırkı haldada qanunveriliyin konkret mövqeyini təkzib edəcək heç bir norma yoxdur. Yuxarıda qeyd olunan normaların məhkəmə qaydasında da tətbiq olunmaması isə gələcəkdə vətəndaşların da konstitusion hüquqlarına zərə verərək onların konstitusiya ilə qorunan mülki hüquqlarını həyata keçirməsinə maneə törədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda" nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 124.6. Bu Məcəllənin 346.1 346.2, 346.4-346.9, 346-1.1-346-1.4 və 346-1.6-346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı halda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq inf informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Odur ki, İXM in 124-cü maddəsinin əksinə olaraq heç bir səlahiyyətli vəzifəli şəxs nəqliyyat vasitəsinə yaxınlaşaraq hüquq pozuntusu qeydə almamışdır. Bununla da, İXM-in 124.5 və 124.6-cı maddələrinə əsasən həmin Məcəllənin 346.1-c maddəsi üzrə xətanın aşkar edilməsi üçün iki halın bir yerdə mövcud olması tələb olunur: birincisi, inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmamalıdı, ikincisi isə həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratmalıdır. Beləliklə icraatın İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında aparılması iş üzrə sübut oluna bilməz və qərar birmənalı olaraq ləğv olunmalıdır. Bir daha qeyd edim ki, əgər EQ 26967308 saylı, xx.xx.2025-ci il tarixli qərar İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında tərtib edilmişdirsə, onda səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin normalarda qeyd olunan hər iki halın mövcudluğu müəyyən olunmalı idi. Lakin AR DİN BDYPİ bununla bağlı nəinki heç bir sübut təqdim etməyib, əksinə fotolardan da görünür ki, idarə etdiyim nəqliyyat vasitəsi ikinci cərgədə dayanaraq heç bir yol hərəkəti iştirakçısına heç bir maneə törətmir, hətta törətsə belə AR DİN BDYPİ əməkdaşı yaxınlaşmır. Bundan əlavə, İnternet vasitəsilə isə "Asanpay" elektron məlumat vasitəsinə daxil olmuş inzibati xətanın fotolarından müəyyən oluna bilər ki, sükan arxasındadır. Bu o deməkdir ki, hətta AR DİN BDYPİ-nin vəzifəli şəxsi nəqliyyat vasitəsinə yaxınlaşmış olsaydı belə inzibati xəta inzibati tənbeh tətbiq edə bilməzdi. Odur ki, icraat İXM-in 124.5 və 124.6-cı deyil, məhz 122-ci maddəsi əsasında aparıldığından, EQ 14921182 saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, barəmdə İXM-in 346.1 və ya 346.2-ci maddəsində nəzərdə tutulmuş xətaların foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi hallarının gələcəkdə təkrar olunmaması məqsədi ilə AR DİN BDYPİ barəsində xüsusi qərar çıxarılaraq Baş Prokurorluğuna göndərilməlidir. Xüsusi qərara əsasən Bakı şəhərində İXM-in 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulmuş xətaların foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi halları yoxlanılmalıdır. Şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ26967308 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EQ26967308 nömrəli protokoldan görünür ki, 28 mart 2025-ci il tarixdə, X1 idarə etdiyi “VOLKSVVAGEN JETTA MİNİK” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması halı müəyyən edilmişdir. İnzibati təbheh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ26967308 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən təqdim edilmiş foto şəkillərdən görünür ki, X1 idarə etdiyi “VOLKSVVAGEN JETTA MİNİK” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə iclasında şikayətçi X1 şikayətində göstərilən hallara qiymət verilməsini zəruri hesab edir. Belə ki, şikayətçi bildirmişdir ki, AR İXM-də dayanma və durma qaydasının pozulması hallarının sənədləşdirilməsi mexanizmi aydın təsbit olunmuşdur. Belə ki, Məcəllənin 124cü maddəsinin tələblərinə əsasən bu növ qayda pozuntuları bilavasitə səlahiyyətli şəxs tərəfindən yerindəcə operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort kompüter vasitəsilə və xəta törətmiş şəxsin iştirakı ilə sənədləşdirilməlidir. Bununla bağlı məhkəmə qyed edir ki, şəxsin barəsində İXM-nin 346.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və onun əsasında elektron qərar qəbul edilmişdir. İXM-də nzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi(maddə 122) və inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə(maddə 124) icraatın aparılması qaydaları nəzərdə tutulmuşdur. Şikayətçinin istinad etdiyi İXM-nin 124-cü maddəsi sırf inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi halına aiddir. Belə ki, İXM-nin 122-ci maddəsində inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası nəzərdə tutulmuşdur. Həmin Məcəcllənin 122-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Göründüyü kimi şikayətçinin şikayətində gətirdiyi əsas dəlil olan icraatın düzgün aparılmaması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə deyil, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXM-nin 122-ci maddəsinə əsasən həmin pozuntunun foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası nəzərdə tutulmuşdur. Müvafiq olaraq şikayətçinin elektorn kabinetinə(ASANPAY məlumat mərkəzinə) inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar(kameranın nömrəsi, xətanın növü, yeri, tarixi, saatı, nəqliiyat vasitəsinin markası, qeydiyyat nömrəsi,xətanın törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə və s.), inzibati cərimənin məbləği və ödənilməsi qaydası əks olunmuşdur. Şikayətçinin ərizəsində göstərdiyi digər dəlil isə “elektron qərara əlavə olunmuş fotolara baxış keçirdikdə Sülh küçəsində hərəkət edərkən yolun sağ tərəf istiqamətində dayanmış, qəza işıqlarını yandırmış və avtomobilində yaranan nasazlığı aradan qaldırdıqdan sonra oradan ayrılmışdır. Həmin vaxt o avtonəqliyyat vasitəsini tərk etməmiş, heç bir hərəkət iştirakçısına maneə törətməmiş və bu həmin qərara əlavə olunmuş videodan da görünə bilər” olmuşdur. Şikayətçi özü belə etiraf etmişdir ki, Sülh küçəsində hərəkət edərkən yolun sağ tərəf istiqamətində dayanmış, qəza işıqlarını yandırmış və avtomobilində yaranan nasazlığı aradan qaldırdıqdan sonra oradan ayrılmışdır. Bundan əlavə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən təqdim edilmiş foto şəkillərdən görünür ki, X1 idarə etdiyi “VOLKSVVAGEN JETTA MİNİK” minik markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə olması aşkar şəkildə müəyyən edilir. İXM-nin 346.4-cü maddəsinin dizpozisiyasına görə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati xəta pozuntusunun baş verməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X1 idarə etdiyi “VOLKSVVAGEN JETTA MİNİK” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığından inzibati xəta pozuntusu yaranmışdır. Onun nəqliyyat vasitəsində texniki nasazlıqın yaranması isə aşkar edilmir və inzibati xəta pozuntusuna təsir göstərə bilməz. Göründüyü kimi, X1 idarə etdiyi “VOLKSVVAGEN JETTA MİNİK” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə olması işin mübahisəsiz halıdır. Şikayətçi tərəfindən mübahisələndirilən hal isə məhkəmə iclasında tam, hərtərəfli araşdırılmış və həmin dəlilə müvafiq hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ26967308 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ26967308 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar